yenicag.az
yenicag.az

Milli lider Heydər Əliyev Batumidə anıldı – FOTO

Milli lider Heydər Əliyev Batumidə anıldı – FOTO

Müəllif: Redaktor

Editor

1449927677Dekabrın 12-də Azərbaycanın Batumidəki Baş Konsulluğu ümummilli lider Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycannın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov tədbiri açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında Heydər Əliyevin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib: “Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını alıb və ölkəmizin birliyini dünyaya nümayiş etdirib”.

Baş konsul Rəşad İsmayılov həmçinin ümummilli liderin cismən aramızda olmadığı son 12 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib. Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, Batumi Dövlət Universitetinin prorektoru və “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər. Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film nümayiş etdirilib.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti