“Milli Məclis bu məsələnin müzakirəsini təxirə salsın”- Ekspertdən çağırış

Müəllif: Redaktor

Editor

milli-mec3Bu gün Milli Məclisdə bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının artırılması ilə bağlı layihə müzakirəyə çıxarılacaq.

Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb.

Hərbi qulluqçuların xidmət müddətinin uzadılması ilə bağlı Yeniçağ.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, bu təklif çox böyük yanlışlıqdır. Onun sözlərinə görə, gözlənilən dəyişikliklərin reallaşacağı təqdirdə, Silahlı Qüvvələrin, bütün güc strukturlarının demək olar ki, tam əksəriyyətində kadr itkisi başlayacaq:

“Yəni, bəzi “ağıllı” məmurların “qaş düzəltdiyi yerdə vurub gözü çıxartması” hadisəsi baş verəcək. Artıq saysız-hesabsız zabit və gizirlər, hətta müddətdən artıq xidmət keçən hərbi qulluqçular yuxarı komandanlığa rəsmi ərizələrlə (raport, təqrir) müraciət edərək, xidmətdən getmək istədiklərini bəyan ediblər. Müharibə vəziyyətində olan bir ölkənin hərbçilərinə qarşı planlaşdırılan bu dəyişiklik açıq sabotaj və hətta deyərdim ki, təxribatdır. Bu uğursuz ideyanı, təklifi verən şəxslər necə böyük yanlışlıq etdiklərinin fərqini bir neçə gündən sonra hiss edəcəklər. Nə qədər ki, bu dəyişiklik qəbul edilməyib, Milli Məclis rəhbərliyi məsələnin müzakirəsini təxirə salmalı və bir daha müvafiq güc strukturlarının rəhbər şəxslərinin rəyini nəzərə almalıdır”.

BƏXTİYAR
Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır