!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Məclis hökumətin hesabatını müzakirə edir

!Reklam – Yazi

Milli Məclisin bu gün keçirilən plenar icaslında Nazirlər kabinetinin 2016-cı il hesabatını təqdim edilib.

Hesabatı Baş nazir Artur Rasizadə təqdim edib. Hesabata əsasən 2002-2015-ci illər müddətində yoxsuluğun səviyyəsi ildən-ilə aşağı düşərək 46,7% göstəricisindən 4,9%-a düşüb. 2016-cı ildə əvvəlki ilə nisbətən ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi yoxsulluq səviyyəsinə düşən əhalinin sayını 1% artırıb və bu göstərici 5,9% olub.

2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1514,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb.

2016-cı ildə ölkə rezidentləri tərəfindən 60 393,6 mln. manat və ya əhalinin hər nəfərinə 6266,3 manat dəyərində ÜDM istehsal edilib. Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1% azalıb.Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9% azalması olub.

2016-cı ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15 526,6 mln. manat və ya əvvəlki illə müqayisədə 22,2% az vəsait yönəldilib.

2016-cı ildə infrastruktur layihələrinə ümumilikdə 2096,3 mln. manat vəsait, yəni dövlət büdcəsində dövlət əsaslı vəsait qoyulıuşunun 69,9%-i ayrılıb. Dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 751,4 mln. manatının nəqliyyat layihələrinə yönəldilib. Kommunal infrastruktur layihələrinə 325,4 mln. mant vəsait ayrılıb. Energetika və sənaye layihələrinə 778,7 mln. manat, ekologiya layihələrinə 15,6 mln. manat, kənd təsərrüfatı layihələrinə 98,5 mln. manat ayrılıb.

Sosial yönümlü layihələrə 2016-cı ildə ümumilikdə 303,9 mln. manat vəsait, yəni dövlət əsaslı vəsait qoyuluşunun 10,1%-i nəzərdə tutulub. Qaçqınların və məcmuri köçkünlərin sosial-yaşayış şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin maliyyələşdirilməsinə 8,2 mln. manat, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun 0,3%-i həcmində vəsait ayrılıb.

Nazirlər kabinetinin hesabatının müzakirəsi başlayıb.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təklif edib ki, medianın cəmiyyət həyatında rolunu nəzərə alaraq, kağız və hazır çap məhsullarının üzərindən ƏDV götürülsün.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəbli çıxışı zamanı ötən ilin struktur islahatları ilə yadda qaldığını qeyd edib. O, bildirib ki, xüsusilə maliyyə, gömrük və vergi sektrounda ciddi struktur islahatları aparılıb.

H.Rəcəbli vurğulayıb ki, ötən il qəbul olunan yeni proqrama əsasən 1800 ailə özünəməşğulluq sosial layihəsində istifadə etməyə başlayıb: “Burada əsas məqsəd özünəməşğulluğun artırılmasıdır. Ötən il turizm sektorunda da mühüm işlər görülüb və minlərlə yeni iş yaradılıb”.

Komitə sədri bəzi nöqsanların da olduğunu bildirib: “Təəssüflə qeyd edilməlidir ki, icra orqanlarında bürokratik əngəllər hələ də var. Bunlar kiçik sahibkarlığın inkişafına mane olur”.

Çıxış edən deputat Əli Məsimli 2016-cı ildə yaranan çətin vəziyyətdən çıxmaq üçün ölkədə xeyli addımlar atıldığını deyib. Deputat bildirib ki, ötən il ölkə iqtisadiyyatında 3,1% azalma olub.

“Bu da təxminən 1,8 mlrd. manatlıq əlavə dəyərin itirilməsi deməkdir. Sahibkarlıq qarşısında maneələrin aradan qaldırılması üçün atılan addımlar artırılmalıdır. Hökumət strukrularının sahibkarlara mane olmaması üçün addımlar genişləndirilməlidir. Ola bilər ki, manatın məzənnəsi sabitləşsin, infliyasiya müəyyən dərəcədə səngisin, amma bu müvəqqəti olacaq”.

Deputat Fəzail Ağamalı isə bazarlardakı qiymət artımından şikayətlənib: “Ətin, ərzaq və tərəvəz məhsullarının qiyməti durmadan artır. Bu problemin həlli üçün təcili tədbirlər görülməlidir. Unutmayaq ki, sahibkarlıq “qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir”.

Deputat əlavə edib ki, “Sovetski” ərazisində yollar təmir adı altında dağıdılıb: “Hörmətli baş nazir, xahiş edirəm, səlahiyyətlərinizdən istifadə edib, o ərazilərdə yolların bərpa edilməsinə kömək edəsiniz”.

Yeniçağ.az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv