Milli Məclis toplanır

Müəllif: Redaktor

Editor

meclis20160921Milli Məclisin sentyabrın 30-da keçiriləcək payız sessiyasında ilk plenar iclasının gündəliyi müəyyənləşib.

Milli Məclisdən verilən məlumata görə, ilk plenar iclasın gündəliyinə 30 məsələ daxildir.

Belə ki, Milli Məclisin payız sessiyasında işlər planı, “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Həmçinin bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə), Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi, Vergi Məcəlləsinə dəyişiklik, “Mədəniyyət haqqında” qanuna dəyişiklik, “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik, “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, “Reklam haqqında” qanuna dəyişiklik, “Yol hərəkəti haqqında” qanuan dəyişiklik, “Kargüzarlıq haqqında” qanuna dəyişiklik, Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik və bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır