!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milli Məclisdə oturanların çoxu Gülənin verdiyi pullar hesabına deputat olublar” – Hafiz Hacıyev şok isimlər açıqladı

!Reklam – Yazi

IMG_0611Türkiyədə iyulun 15-də Gülən tərəfdarlarının hərbi çevriliş cəhdi beləliklə baş tutmadı.  Türk xalqı və hökuməti birlik  nümayiş etdirərək bu cəhdin qarşısını ala bildi.  Gülən çetesinin başqa türkdilli ölkələrdə, o cümlədən Azərbahycanda da müəyyən qədər tərəfdarlarının olduğu istisna deyil.  Bu fonda belə fikirlər səslənir  ki, Türkiyədə çevriliş cəhdi baş tutsaydı, o öz təsirini başqa yerlərə, o cümlədən ölkəmizə də göstərə bilərdi.

Görəsən bu nə dərəcədə realdır?

Yenicag.az-ın qonağı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə düşündüklərini bizimlə bölüşdü.

– Azərbaycanda hakimiyyət dairələrində yerləşdirilən xəyanətkar qüvvələr  çoxdur.  Görürsünüz ki, oturuşmuş Türkiyə kimi bir dövlətdə hakimiyyət içində olanların 70-80 faizi gülənçilərdən ibarət idi.  Azərbaycan hakimiyyətinin içində olanların da deyərdim ki, 80 faizi İlham Əliyevə, vaxtilə Heydər  Əliyevə də xəyanət edən qüvələrdən ibarətdir.  Onlar da ölkədə mövcud olan stabilliyi pozmaq üçün hər an müəyyən planlar cızırlar.  Buna misal olaraq çörəyin qiymətinin qaldırılmasını göstərə bilərəm.  Halbuki bu qiymət artımına heç bir əsas yoxdur. Hazırda dünya bazarında unun qiyməti 30 faizə qədər aşağı düşüb.  Amma buna baxmayaraq  Azərbaycanda çörəyin qiymətini qaldırırlar. Keçən il prezident un idxalını əlavə dəyər vergisindən azad etdi.  Habelə, suyun, işığın qiymətinin qaldırılması da stabilliyin pozulmasına aparan yolun başlanğıcıdır.  Yəni bu gün Azərbaycan hakimiyyətində elə qüvvələr var ki, onlar çox ustalıqla  Azərbaycan müxlifətinin illərlə görmədiyi işi görürlər.  Bu barədə ciddi mesajlarımı hətta rəsmi dairələrə də çatdırmışam.  Dövlət çevrilişi gözlənilir  və onun bünövrəsi əsasən hakimiyyət daxilində olan xəyanətkarlardan ibarətdir.  Ona görə də ehtiyatlı olmalıyıq,  Azərbaycanda referendum ərəfəsi  və ondan sonrakı dövrlərdə ciddi fəsadlar törənə bilər.  Amma bunlara imkan verməyəcəyəm.  İmkan verməyəcəyəm ki, əziz qardaşıma hardansa bir zərbə dəysin.  Dövlətçilik əleyhinə olan qüvvələrin qarşısına canımı sipər olaraq qoymağa hazıram.  Sona qədər də bu qüvvələrlə mübarizəmi davam etdirəcəyəm.

Həmin məmurlara da mətbuat vasitəsilə mesajımı çatdırıram ki,  ağıllı olsunlar. İmkan verməyəcəyəm ki, Azərbaycan dövlətçiliyi təhlükə altına düşsün.  Nə qədər sağam, əziz qardaşım İlham Əliyev yolunda şəhid olmağa hazıram.  90 min partiya üzvü bu məsələdə öz mövqeyini ortaya qoyub və bu əsasda da  dövlətimizin sarsıdılmasına imkan verməyəcəyik.  Prezidentin yanında oturan bəzi xəyanətkar insanlar barmaqlarına xına qoysunlar.  Düşünürəm ki, hər halda daş qayaya rast gəlib. Qardaşımı tam gücü ilə müdafiə edəcəyik.

– Konkret olaraq həmin dediyiniz məmurlar kimlərdir?

– Onları Azərbaycanda bilməyən adam yoxdur.  İstəmirəm ki, bu gün onların adını açıqlayam, onları şərəfləndirəm.  Bu insanlar vicdanlarını itiriblər.  Onların da bir tərəfi ermənilərə, erməni diasporasına  sıx bağlıdır.  Onlara qarşı mübarizədə ayıq-sayıq hərəkət edirik.

Bilirsiniz ki, Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov, onun anası Rəbiyyət Aslanova və onları hakimiyyətə gətirən insanların bir hissəsi yenə də hakimiyyətdədirlər.  Elnur Aslanovun Təhsil Nazirliyində yer tutan səhv etmirəmsə, qaynı təhsilimizə ziyan vurmaqla dövlət əleyhinə ciddi proseslərdə öz rolunu nümayiş etdirir.  Hazırda Milli Məclisdə oturanların da çoxu Gülənin verdiyi pullar hesabına deputat olublar.  Lazım olsa onların kimlər olduğu barədə siyahı da verə bilərik.

Hər halda düşünürəm ki, yaxın günlər  həm gülənçilərdən, həm də Heydər Əliyevi təhqir edənlərdən, İlham Əliyevə xəyanət edən qüvvələrdən Azərbaycan hakimiyyətini təmizləyə biləcəyik.  Bunun üçün də prezidentə möhkəm siyasi, ideoloji  dəstək lazımdır ki, bu dəstəyin önündə də biz dururuq.

hafiz haciyev– Bu dövlətçiliyə zidd qüvvələrə qarşı hansı istiqamətdə mübarizə aparmaq niyyətindəsiniz?

– Onlara qarşı ideoloji mübarizə aparırıq.  Düşünürəm ki, referendumla xalq  vitse-prezidentlik institutunun yaradılmasına razılıq versə, həmin postdan birini tutmaqla qardaşımın qorunmasında  öz xidmətlərimi göstərə biləcəyəm.

Ondan sonra da həmin məmurlar çox pis durumda qalacaqlar, əlimdən başlarını götürüb gedəcəklər.

– Həmin vitse-prezident postlarından birini tutmağa özünüzü layiqli sayırsınız?

– Tam hazır vəziyyətdəyəm.  Qardaşım prezidentdirsə, mən də onun vəziri ola bilərəm. Hər halda  dövlətimizin qorunmasında  etibarlı insanlara ehtiyac vardır.  Bu insanlar da prezidentin yanında olub, ona yardımçı ola biləcəklər.  Həmin yerdə özümü ən güclü və sadiq insanlardan biri hesab edirəm.  Bu postda oturaramsa, Azərbaycanda istər insanların maddi rifah halının yaxşılaşması, istər prezidentə xəyanət etmənin qarşısının alınmasında, istərsə də digər siyasi qüvvələrlə aparacağım mübarizə  dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Hər halda bəri başdan namizədliyimi  elan etmişəm.  Zaman hər şeyi yerinə qoyacaq. Düşünürəm ki, bu məsələdə ciddi füqur ola bilər  və dövlətimizin qorunmasında xüsusi xidmətim ola bilər. Mənim qardaşımın yanında olmağım daha sərfəli ola bilər, nəinki ona və atasına xəyanət edən insanların.

Kimsə düşünürsə ki, bundan sonra da İlham Əliyevə xəyanət edə biləcək, onda gəlib meyitimin üstündən  keçsinlər.  Bir şöbə müdiri Türkiyədə gedib 20 villaya sahib olursa,  Təhsil Nazirliyində  və digər qurumlarda kök salıb prezidentə xidmət etmək əvəzinə, onu nüfuzdan salmaq üçün addım atırlarsa, sağlıq olsun, qardaşımla birlikdə xəyanətkarlara qarşı mübarizəni asanlıqla həll edib, Qarabağı da azad edəcək və Azərbaycan prezidentinin əbədi olaraq xalqın qəlbində qalmasını təmin edəcəyik.

Söhbətləşdi: Elçin

Yenicag.az

www.yenicag.az

1114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv