скачанные файлыBu gün Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin təhqir edilməsi məsələsi müzakirə olunub.

Deputat Fazil Mustafa digər millət vəkili Naqif Həmzəyevin Rəsulzadə haqda təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib: “Hər hansı tənqidi fikirlər səslənə bilər. Amma təhqirə yol vermək olmaz. Tənqidlərdən sonra Rəsulzadənin büstündən çuvalın çıxarılması yaxşıdır. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, amma Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov cavab olaraq qeyd edib ki, Naqif Həmzəyev müsahibəsində belə fikir söyləmədiyini deyir: “Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."