Yazı İçi 468×60

скачанные файлы (1)Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilib.

Parlamentin bu gün keçirilən iclasında Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilib. Qanunun 156-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.

Mövcud qanunvericilikdə isə bu tələb belə qoyulur: “Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir”.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yeni qadağalar tətbiq olunur.

Bununla bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna 2 maddənin əlavə olunması təklif edilib. Yeni təklif olunan 11-1 maddəsinin (Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması tədbirlərinin əhatə dairəsi) 1-ci hissəsində bildirilir ki, qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş (terrorçuluğun maliyyələşməsinə qarşı mübarizədə barəsində sanksiya tətbiq edilməli olan) fiziki və hüquqi şəxsin birbaşa və ya dolayısı yolla sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxsin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində olan, həmin şəxs tərəfindən idarə və ya nəzarət olunan aktivlər, habelə belə əmlak vasitəsi ilə əldə edilmiş digər aktivlər dondurulmalıdır. Maddənin 2-ci hissəsində deyilir ki, bu şəxslərin aktivləri həmin aktivlərin hər hansı terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi fəaliyyəti bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulmalıdır.

Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş (terrorçuluğun maliyyələşməsinə qarşı mübarizədə barəsində sanksiya tətbiq edilməli olan) fiziki və hüquqi şəxsin birbaşa və ya dolayısı yolla sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxsin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində olan, həmin şəxs tərəfindən idarə və ya nəzarət olunan aktivlər, habelə belə əmlak vasitəsi ilə əldə edilmiş digər aktivlər dondurulmalıdır.

Maddənin 3-cü hissəsində bildirilir ki, aktivlər şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduğu müddətdə dondurulmuş saxlanılmalı və şəxs siyahıdan çıxarıldıqdan dərhal sonra azad edilməlidir.

Maddənin sonuncu hissəsində isə deyilir ki, Azərbaycan ərazisində fiziki və hüquqi şəxslər tərəfindən istənilən aktivin yuxarıda qeyd olunan hüquqi və fiziki şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır. Digər yeni maddə 19-1-də (Aktivlərin dondurulması) bildirilir ki, maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxsə, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxsə aid olduğu müəyyən edilərsə, maliyyə monitorinqi orqanı 2 iş günü ərzində aktivlərin ilkin dondurulması haqqında qərar qəbul edir. Aktivlər maliyyə monitorinqi orqanı tərəfindən 30 gün müddətinə dondurulur. Maddədə o da deyilir ki, aktivlərin dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün həmin məlumatı verən monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə, digər nüsxəsi isə müvafiq sənədlərlə birlikdə dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir. Maddədə daha sonra qeyd olunur ki, yuxarıda qeyd olunan məlumatda cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar mövcud deyilsə, müvafiq icra hakimiyyəti orqanı ilkin yoxlama apararaq, bir sıra halları aşkar etdikdə aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddətin bitməsinə ən azı 15 gün qalmış aktivlərin yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması barədə müraciət edir. Həmin hallar qanun layihəsində geniş əks olunub. Qeyd edək ki, qanuna təklif olunan mövcud əlavələr səsverməyə çıxarılaraq qəbul edilib.

Azərbaycanda standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək mümkün olacaq.

Bununla bağlı “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərdiyi dəyişikliklər layihəsinə əsasən, standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsinə icazə veriləcək. Patent xidmətinin özəlləşdirilməsinə qoyulan qadağa isə qüvvədə qalacaq. Xatırladaq ki, mövcud maddəyə əsasən, patent xidməti ilə yanaşı, standartlaşdırma və metrologiya müəssisələrini özəlləşdirmək də qadağan idi.

Bundan başqa Azərbaycanda kitabxana sahəsi ilə bağlı korrupsiya faktına görə yeni cəzalar tətbiq olunacaq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 192-1 maddə əlavə olunub. Maddəyə görə, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat cərimə olunacaqlar. Əlavə səsə qoyularaq qəbul edilib(Azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."