mehriban_eliyeva_sedr9Parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrinə əsasən, Milli Məclisə keçmiş deputatlarla yanaşı, yenilər də seçilib. İlkin nəticələrə görə, yeni tərkibdə qadınların sayı dəyişməyib. Bu dəfə də 20 xanım deputat parlamentdə təmsil olunacaq.

Xatırladaq ki, 2010-cu ildə seçilən parlamentin tərkibində də xanım deputatların sayı eyni sayda olub. Qeyd edək ki, bu dəfə mandat qazanmayanlar Leyla Abdullayeva, Rəbiyyət Aslanova və Gülçöhrə Məmmədovadır. Gülər Əhmədova isə haqqında cinayət işi açıldığına görə mandatı ləğv edilmişdi.

Növbəti 5 ildə Milli Məclisdə təmsil olunacaq qadın deputatların siyahısını təqdim edirik:

6 saylı Culfa–Babək seçki dairəsi – Ülviyyə Həmzəyeva

14 saylı Xəzər seçki dairəsi – Mehriban Əliyeva

16 saylı Yasamal ikinci seçki dairəsi – Aytən Mustafayeva

21 saylı Nəsimi birinci seçki dairəsi – Məlahət İbrahimqızı

25 saylı Nizami ikinci seçki dairəsi – Sədaqət Vəliyeva

27 saylı Sabunçu ikinci seçki dairəsi – Dilarə Cəbrayılova

30 saylı Suraxanı birinci seçki dairəsi – Sevinc Fətəliyeva

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsi – Pərvin Kərimzadə

50 saylı Abşeron-Qobustan seçki dairəsi – Zeynəb Xanlarova

71 saylı Masallı kənd seçki dairəsi – Elmira Axundova

84 saylı Füzuli seçki dairəsi – Bahar Muradova

92 saylı Zərdab-Ucar seçki dairəsi – Jalə Əliyeva

93 saylı Bərdə şəhər seçki dairəsi – Gövhər Baxşəliyeva

98 saylı Şəmkir şəhər seçki dairəsi – Sahibə Qafarova

99 saylı Şəmkir kənd seçki dairəsi – Sona Əliyeva

103 saylı Gədəbəy seçki dairəsi – Sevinc Hüseynova

105 saylı Tovuz seçki dairəsi – Qənirə Paşayeva

111 saylı Zaqatala-Balakən seçki dairəsi – Kamilə Əliyeva

117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Aqiyə Naxçıvanlı

122 saylı Xankəndi seçki dairəsi – Flora Qasımova(Modern).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."