milli-meclis3“Milli Məclisdə jurnalistlərin istifadə etməsi üçün yerləşdirilən kompüterlərin sayı azdır. Bu səbəbdən də əksər hallarda operativliyi təmin etməkdə çətinlik çəkirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Mövqe” qəzetinin parlament müxbiri Zülfiyyə Quliyeva söylədi:

“Milli Məclisdə jurnalistlərin fəaliyyəti üçün ümumən normal şərait yaradılıb. Jurnalistlərin fəaliyyət göstərdiyi otaq internetlə təmin olunub. Amma buradakı kompüterlərin sayı parlament jurnalistlərinin sayı ilə tərs-mütənasibdir. Orada 17-18 ədəd kompüter var. Bu isə parlament iclaslarını işıqlandıran jurnalistlər üçün kifayət qədər deyil. Mətbuat işçiləri bu fonda məcburdur ki, kompüterlərdən müştərək şəkildə istifadə etsinlər. Bu isə müasir medianın tələblərinə ziddir. Hazırda onlayn mediada operativlik mütləqdir. Lakin bir neçə jurnalistin bir kompüterdən istifadə edilməsi fonunda bu operativliyi təmin etmək mümkün olmur. Belədə informasiyanın vaxtında çatdırılmasında problem yaşanır. Parlamentdəki kompüterlərdən daha çox agentlik əməkdaşları yararlanır. Yəni onların həmin texniki vasitələrdən istifadəsinə daha çox şərait yaradılır. Arzu edərdim ki, Milli Məclisdə jurnalistlərin istifadəsi üçün nəzərdə tutulan kompüterlərin sayı artırılsın. Başqa bir tərəfdən, Milli Məclisin işini işıqlandırmağa gələn mətbu orqanlar arasında lazımsız, ictimai rəyə təsir etmək gücündə olmayan, ayda, ildə bir dəfə çıxan qəzet və saytların jurnalistləri də bəzən gəlib kompüter davası salır. Onların bu iradlarını isə düzgün hesab etmirəm. Çünki, bu mətbu orqanların çoxu ayda, ildə bir dəfə işıq üzü görənlərdir. Bu fonda da həmin mətbu orqan işçilərin kompüter davası salmaqları düzgün deyil. Onlardan da bəzilərinin Milli Məclisə hansı məqsədlə gəldikləri bəllidir.

Həmçinin, təklif edərdim ki, jurnalistlərin özləri ilə birlikdə Milli Məclisə kompüter gətirmələrinə icazə verilsin. Bu yolla kompüter çatışmamazlığını da aradan qaldırmaq olar və daha gedib kompüter axtarışına çıxmarıq. Belə də informasiyanı da vaxtında çatdıra bilərik”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."