Milli Məclisin bu il üçün son iclasının vaxtı açıqlandı

Müəllif: Redaktor

Editor

milli_meclis_esas3Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclasının vaxtı və gündəliyi açıqlanıb.

Parlamentdən verilən məlumata görə, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxildir.

Bunlar yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət rüsumu haqqında”, “Polis haqqında” və digər qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsidir.(APA)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır