Milli Məclisin son iclası- 28 məsələyə baxılacaq

Müəllif: Redaktor

Editor

maclis20151229Bu gün Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclası keçiriləcək.

İclasının gündəliyinə 28 məsələ daxildir.

Belə ki, son iclasda İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə Hallar orqanlarında xidmət keçmək haqqında”, “Polis haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Avtomobil yolları haqqında”, “Təhsil haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər ediləcək.

“Publik şəxslər haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.(Azvision)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır