Milli Məclisin son iclasının gündəliyi

Müəllif: Redaktor

Editor

b9fb46b4-3e84-45cc-b0a5-de5f8c2a3113Milli Məclisin 2016-cı ilin yaz sessiyası çərçivəsində son iclası mayın 31-də keçiriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxildir.

“İclasda 2015-ci dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və 2015-ci il dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyi müzakirə ediləcək. Bundan əlavə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, “Məlumat azadlığı haqqında” qanuna, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna, “Dövlət Qulluğu haqqında” qanuna, “Məhkəmələr və hakimlər haqqında” qanuna, Mülki Məcəlləyə, Cəzaların İcrası Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişiklik ediləcək.

Bundan əlavə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Daxili Nizamnaməyə uyğun olaraq Milli Məclisin yaz sessiyası may ayında keçirilmiş sonuncu iclasla, yəni mayın 31-də bitmiş hesab olunacaq.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır