!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnir keçirilib - Foto

!Reklam – Yazi

Qusar rayonunda Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq üzrə peşəkarlar arasında turnir keçirilib.

Musavat.com xəbər verir ki, ilk olaraq Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Gənclər və idman nazirinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, deputat Adil Əliyev, Qarabağ döyüşçüləri və Milli qəhrəmanın ailəsinin iştirakı ilə Çingiz Qurbanovun məzarı ziyarət olunub.

Ziyarət sonrası kikboksinq turnirinin açılış mərasimi baş tutub. Turnirin açılışında çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov deyib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. O, qeyd edib ki, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi inkişafın göstəricisidir.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov da açlışda çıxış edib. O, çıxışı zamanı deyib ki, ölkəmizdə idmana dövlət tərəfindən xüsusi qayğı və diqqət var: “Dövlətimizin dəstəyi ilə ölkəmizin bütün regionlarda idman kompleksləri tikilib. Gənclərimizin sağlam şəkildə böyüməsi üçün idman əvəzsiz rol oynayır. Bu gün sevindirici haldır ki, regionlarımızda beynəlxalq yarışlar keçirilir. Regionlardan olan idmançılarımız başqa ölkələrdə bizi təmsil edirlər”.

Kikboksinq Federasiyanın prezidenti, Milli Məclisin deputatı Adil Əliyev çıxışında bildirib ki, Çingiz Qurbanovun ailəsinə dövlət səviyyəsində diqqət göstərilir. O, vurğulayıb ki, Ç.Qurbanov Azərbaycan xalqının yaddaşında əbədi qalacaq: “Çingiz Qurbanov kimi gənclərə ehtiyacımız var. O, Kikboksinq Federasiyasının idmançısı olub. Biz onunla fəxr edirik. Gənclər Çingiz kimi vətənpərvər olmalıdır. Çingiz təkcə Qusarın yox, bütün Azərbaycanın fəxridir. O, heç vaxt yaddaşlardan çıxmayacaq. Onun xatirəsi hər zaman yaşadılacaq. Burada Çingiz Qurbanovun ailəsi də var. Mən sizlərin adından, federasiyanın adından, öz adımdan onların qarşısında baş əyirəm. Yaxşı ki, sizlər kimi valideynlər var. Çox sağ olun ki, Azərbaycan xalqına Çingiz kimi qəhrəman övlad bəxş etmisiniz”.

A.Əliyev deyib ki, Prezident İlham Əliyev idmana xüsusi diqqət və qayğı göstərir: “Ölkədə idman üçün lazım olan şərait yaradılıb. Ölkəmizdə idman inkişaf edir. Hesab edirəm, bu inkişaf davamlı olacaq. Bizə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm”.

Sonra A.Əliyev Çingiz Qurbanovun idman ustası vəsiqəsini atası Salman Qurbanova təqdim edib. Tədbirdə kikboksinq idman növü üzrə nailiyyət əldə etmiş idmançılar diplom və fəxri fərmanlarla təltif ediliblər.

Daha sonra isə yarışa start verilib. 7 peşəkar idmançı arasında əzmkar mübarizə gedib və qaliblər elan olunub.

Yeniçağ.az

www.yenicag.az

999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv