!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Qəhrəmanımızın xatirə lövhəsini oğurladılar - FOTOLAR  

!Reklam – Yazi

Şair İslam Səfərlinin və tarix elmləri doktoru Məmmədəli Şəriflinin xatirə lövhələrini oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Müşviq Axundov və Hüseyn Abbasov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oktyabrın 2-də Yasamal rayonu ərazisində Filologiya elmləri doktoru Abbas Zamanovun latundan hazırlanmış xatirə lövhəsini oğurlamağa cəhd göstərdiklərini də bildiriblər.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, dəstə üzvləri oğurladıqları xatirə lövhələrini metal qəbulu məntəqələrinə satıblar.

Əməliyyat tədbirinin davamı olaraq həmin lövhələri alan metal qəbulu məntəqəsinin sahibi də müəyyən edilərək məsuliyyətə cəlb edilib. Dəstə üzvü olan K.Əhmədovun ətrafında aparılmış əlavə əməliyyat tədbirləri ilə, onun, oktyabrın 4-də 150 saylı tam orta məktəbin həyətində ucaldılmış Milli Qəhrəman Faiq Rzayevə məxsus büstün yazılı lövhəsini oğurladığı da müəyyən edilib.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

www.yenicag.az

2065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv