!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli Qəhrəmanın medalı oğluna verildi – FOTOLAR

!Reklam – Yazi

sheh16may (15)Bu gün ABŞ-da xüsusi təyinatlıların “Ranger” kursunu bitirən yeganə Azərbaycanlı, Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti, polkovnik-leytenant Murad Mirzəyevin “Qızıl Ulduz” medalı oğluna təqdim olunub.

Təqdimat mərasimi Müdafiə Nazirliyində baş tutub.

Qeyd edək ki, Murad Telman oğlu Mirzəyev 2-5 aprel 2016-cı il tarixlərində keçirilən hərbi əməliyyatlarda, Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant olaraq döyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrupu ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeni bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra ən yüksək fəxri ada – Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

www.yenicag.az

1172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv