www.sinerjipro.net

SinerjiProWide
Reklam

Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şura üzümüzə gələn şənbə günü “Məhsul” stadionunda mitinq keçirəcək. Bu aksiyaya digər müxalif qüvvələr dəvətli deyil. Buradan görünür ki, Ə. Kərimli heç də müxalifətin ümumi və möhtəşəm aksiyasının alınmasında maraqlı deyil. Belədə Milli Şura rəhbərliyi yalnız özlərinin koorporativ maraqlarını təmin etməyi qarşıya məqsəd qoyub. Görəsən, niyə Əli Kərimli müxalifətin ümumi birliyinə çalışmır? Əksinə, təkbaşına möhtəşəm alınmayan aksiyaları ilə bütün müxalifətin bir yerə cəmləşməsinə əngəl olurlar.

KXCP sədri Mirmahmud Mirəlioğlu Yeniçağ.az-a açıqlamasında bildirdi ki, mitinqləri necə keçirib-keçirməyəcəkləri Milli Şuranın öz işidir:

“Etiraz aksiyalarını təkbaşına keçirib-keçirməməyi Əli Kərimlinin özü bilər. Amma hesab edirəm ki, mitinq keçirtmək hər kəsin haqqıdır. Mitinqdəki şüarlar da aktualdır. Bundan o tərəfə bir şey deyə bilmərəm”.

ADP sədri Sərdar Cəlaloğlu bu qənaətdədir ki, Əli Kərimli 8 aprel mitinqində möhtəşəmliyin təmin edilməsində maraqlı deyil:

“Hər şey təyin olunan mitinqin hansı məqsədlə keçirilməsindən asılıdır. Möhtəşəm mitinq keçirtməkdə maraqlı olan siyasi təşkilat bütün digər real müxalif təşkilatlara da müraciət etməli idi. Bu baş verməyibsə, deməli, Milli Şura aksiyanın möhtəşəm və effektli alınmasında maraqlı olmayıb. Sadəcə məqsədləri mitinq təşkil etmək olub. Ortada belə bir əngəl varsa, deməli, mitinqlərin möhtəşəm keçirilməsini istəməyən qüvvələr müxalifətin də birləşməsini istəmir”.

VİP sədri Əli Əliyev də vurğuladı ki, təkbaşına aksiyaya getməklə Əli Kərimli kooporativ maraqlarını ümummüxalifət birliyindən üstün tutub:

“Hər bir siyasi qüvvənin mitinq keçirtmək, konstitusion hüquqlardan istifadə etmək zərurət və istəyi vardır. Bu baxımdan da aprelin 8-nə təyin olunmuş mitinq onu təyin edənlərin konstitusion haqlarıdır. Bu tədbirin güclü alınması, cəmiyyətə təsir etməsini arzulayardım. İstərdim ki, müxalifətin təkcə bir qolu deyil, daha geniş çevrəsi ümummüxalifət mitinqi barədə qərar verəydi. Əminəm ki, dediyim bu formatda keçirilsəydi, tədbir nüfuz, təsir və iştirakçı sayı baxımından müsbət mənada tamamilə fərqli çalarlar kəsb edərdi. Əli Kərimli buna getməyibsə, deməli, bu təşkilatın və onun özünün koorporativ maraqları üstün gəlib. Bu baxımdan da mitinqlə bağlı qəbul edilən qərara ancaq onun özü məsuliyyət daşıyır”.

REAL hərəkatının funksioneri Natiq Cəfərli isə bildirdi ki, Əli Kərimli mitinq məsələsini öz inhisarına almaq üçün ümummüxalifət aksiyalarından vaz keçib:
“Fikrimcə, Milli Şuranın əsas gündəliyi və özünü ifadə etmə forması ancaq mitinqlər formasından ibarətdir. Ona görə də bu işin tək aparıcı qüvvəsi kimi cəmiyyətə özünü göstərməyi düşünürlər. Amma başqa siyasi qüvvələrlə heç bir məsləhətləşmələr aparmadan aksiyanın təyin olunması, sonradan isə müxtəlif formalarda çıxışlar edərək, digərlərini də qoşulmağa çağırış etik çərçivəyə sığmayan bir məsələdir. Məsləhətləşmələrin aparılıb, ümumi qərar verilməsi tədbirin effektli alınmasına stimul yaradardı.

Çox güman ki, Əli Kərimli mitinq məsələsini öz inhisarına almağı düşündüyündən aksiya keçirtmək barədə də təkbaşına qərar verib. Amma onlar təkbaşına hərəkətlərilə prosesdə effektiv nəticələrə nail ola bilməyəcəklər. Əslində, siyasi partiyaların arsenalında mitinqlərlə yanaşı digər alətləri də olmalıdır. Etiraz etmək yeganə məqsəd olmamalıdır. Milli Şura isə məqsədə çatmaq üçün hələlik, digər yollardan istifadə etmir. Amma düşünmürlər ki, inam və ümidin olmadığı yerdə tək mitinqlər vasitəsilə nəyəsə nail olmaq mümkün deyil”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."