!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimiz Avropa çempionudur!

!Reklam – Yazi

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün sonuncu görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, şahmatçılarımız həlledici – 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar. Komandamız qalib gələcəyi halda vahid liderliyini qorumaqla çempionu olacaqdı. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.

Əsas izləyicimiz Rusiya isə son turda Almaniyaya qalib gəlib. Bu üzdən də Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurub.

Beləliklə, Azərbaycan millisi Avropa çempionu adını qazanıb. Bu, millimizin qitə birinciliyində üçüncü belə uğurudur!

Azərbaycan – Ukrayna 2:2
Şəhriyar Məmmədyarov – Pavel Elyanov 0,5:0,5
Teymur Rəcəbov – Yuri Krivorukço 0,5:0,5
Arkadi Naydiç – Ruslan Ponomaryov 0,5:0,5
Rauf Məmmədov – Yuri Kuzubov 0,5:0,5

www.yenicag.az

2519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv