!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin Almaniyaya qarşı start heyəti açıqlandı

!Reklam – Yazi

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prsoneçki 2018-ci il dünya çempionatının seçmə mərhələsində Almaniya yığması ilə sabahkı rəsmi oyuna start heyətini açıqlayıb.

Yeniçağ.az sport24.az-a istinadən bildirir ki,xorvatiyalı mütəxəssis Bundestimə qarşı ilk dəqiqələrdən Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Cavid Hüseynov, Əfran İsmayılov və Ramil Şeydayevi meydana buraxacaq.

Kamran qapıda, Rəşadla Bədavi müdafiənin mərkəzində, Pavellə Məhəmməd cinahlarında – müvafiq olaraq sol və sağda yer alacaq. Qara ilə Rahid dayaq yarımmüdafiəçiləri olacaqlar. Nazarov oyun qurucusu funksiyasını yerinə yetirəcək. Yarımmüdafiənin cinahları – sol Cavidə, sağ Əfrana tapşırılacaq. İrəlidə yeganə hücumçumuz Ramil olacaq.

Yeniçağ.az

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv