www.sinerjipro.net

SinerjiProWide
Reklam

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Mirbağır İsayevin çalışdırdığı komandamız Bolqarıstanın Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Ukrayna yığması ilə qarşılaşıb. Futbolçularımız yenə meydanı biabırçı məğlubiyyətlə tərk ediblər.

Xatırladaq ki, millimiz qrupdakı ilk matçında İrlandiyaya 0:6 hesabıyla uduzub. Ukrayna isə Bolqarıstanı 3:0 hesabıyla yenib.

AÇ-nin seçmə mərhələsi
11-ci qrup
13 oktyabr

Azərbaycan – Ukrayna 1:6
Qol: İsmayıl Zülfüqarlı, 17 – Mixaylo Mudrik, 3. Roman Yakuba, 15, Danilo Sikan, 35, Alan Aussi, 62. Stanislav Biblik, 78. Artyom Şulianski, 80+1.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan).
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan).

Qrupdakı durum belədi: Ukrayna – 6, İrlandiya – 3, Bolqarıstan – 0, Azərbaycan – 0.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1456
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.