!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Millimizin naməlum simaları - 500 minlik ödəmə

!Reklam – Yazi

Xəbər verildiyi kimi, bu yaxınlarda Çexiyanın Ostrava şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı baş tutub. Yarışda Azərbaycanı tanımadığımız simalar təmsil etmişdi. Həmin yeni simalar Varvara Oqloblina və Mixail Jirnov idi. Fiqurlu konki sürənlərimizin “milliləşmə”si üçün ödənilən məbləğ bəlli olub.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, yerli federasiya rəhbərliyi ukraynalı xanım idmançıyla razılaşmaq üçün ona 250 min manat ödəyiblər.

Məlumatda bildirilir ki, rusiyalı Mixail Jirinova tərəf müqabilindən bir az artıq (320 min manata qədər) pul ödəyiblər. Onların məşqləri Azərbaycan milli komandasında yox, üzvü olduqları Rusiya klublarında keçiriləcək.
Təmsilçilərimiz sənədlərini qaydaya salmaq üçün Azərbaycana beynəlxalq dərəcəli yarışlardan bir neçə gün əvvəl gələcəklər.

21 yaşlı Varvara Kiyevdə anadan olsa da, Moskvada yaşayır. Onun partnyoru 23 yaşlı Mixail doğulduğu Rusiyada hazırlıq keçir. Onlar “Blue Bird” (mavi quş) klubunun üzvləridir.
Qeyd edək ki, sözügedən idmançılar bu yaxınlarda keçirilən Avropa çempionatını uğursuz başa vurmuşdular.

Xatırladaq ki, Azərbaycan Konkisürmə Federasiyasının rəhbəri iş adamı İsgəndər Xəlilovdur.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv