Millinin baş məşqçisi ATGTİ-nin qonağı oldu

Müəllif: Redaktor

Editor

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. Yeniçağ.az xəbər verir ki, görüşdə ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov da iştirak edib.

Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, prezidentin Fəxri Diplomu ilə təltif edilən Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Gənclərlə görüş təklifini böyük sevinclə qəbul etdiyini deyən Firdovsi Umudov bu gün Azərbaycanda vətənpərvər gənc nəslin yetişməsinin ölkəmiz üçün qürurverici hal olduğunu deyib. Bu istiqamətdə dövlətin Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ayırdığını bildirən baş məşqçi Azərbaycan idmançılarının müstəqilliyimizin ilk illərindəki çətinliklərindən danışıb: “90-cı illərin əvvəllərində biz məşq etməyə, yarış keçirməyə zal tapa bilmirdik. Üstəlik ağır müharibə şəraiti, iqtisadi çətinliklər bizim ölkə xaricinə yarışlara getməyimizdə əsas maneə idi. Amma bütün bunlara rəğmən, ürəyimizdəki Vətən sevgisi hər şeydən daha yüksəkdə dayanırdı. Ümummilli Liderimiz Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə çətinliklər arxada qaldı, hazırda bu siyasət dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib. Baş məşqçi vurğulayıb ki, məhz dövlətin dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları günü-gündən artır, ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir