Yazı İçi 468×60

Türkiyə “Trabzonspor”undan Slovakiyanın “Jilina” klubuna icarəyə verilən millimizin üzvü Ramil Şeydayev Azərbaycandakı karyerasından danışıb.

Yeniçağ.az xəbər verir ki, 21 yaşlı hücumçu yığmamızdakı ab-havanın yaxşı olduğunu, uyğunlaşma baxımından problemi olmadığını bildirib:

“Azərbaycan millisinə uyğunlaşmaqda heç bir problemim olmadı. Hiss edirəm ki, mənim klubdakı çıxışımla maraqlanırlar. İstəyirlər ki, mən daha çox oynayım və milliyə də köməyim dəysin. Azarkeşlərin də məndən qollar gözlədiyini yaxşı dərk edirəm. Mən milliyə ilk gündən uyğunlaşdım. İlk oyunlardan milliyə mümkün qədər daha çox fayda verməyə çalışdım.

Azərbaycan millisiylə bağlı ümidlərim böyükdür. Hazırda DÇ-2018-in seçmə mərhələsində yer aldığımız qrupda üçüncü pillədəyik. Gələn il Rusiyada baş tutacaq final mərhələsində iştirak etmək istəyirik. Bu, bizim üçün, kollektivimiz üçün yaxşı hadisə olardı”.

Şeydayev “Jilina”dakı hədəflərindən də söz açıb:

“Özümü yaxşı tərəfdən göstərmək, daim əsas heyətdə mübarizə aparmaq istəyirəm. Ən böyük istəyim isə avrokuboklara düşmək və orda uğurlu çıxış etməkdi”.

Xatırladaq ki, Şeydayev “Trabzonspor”dan “Jilina”ya 1,5 illik icarəyə verilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 18
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."