www.sinerjipro.net

SinerjiProWide
Reklam

cadillac_dtsDünyanın ikinci ən böyük milyarderi Uorren Baffet “Cadillac DTS” markalı avtomobilini xeyriyyə auksionuna çıxarıb. Avtolent.az-ın məlumatına görə, auksion “Proxibid.com” saytında fevralın 11-dən 18-ə kimi keçiriləcək.

8 silindrli avtomobil 275 at gücünə malikdir. Milyarder avtomobilin yeganə sahibi olub və maşın bu günədək 20 min 310 mil yol qət edib. Milyarder maşının saxlanc yerinin qapısına öz imzasını atıb.

Avtomobilə ilkin qiymət də qoyulub (10 min dolar). Satışdan əldə ediləcək vəsait “Girls İncorporated of Omaha” ictimai təşkilatına bağışlanacaq.

Qeyd edək ki, “Forbes”ə görə, dünyanın 400 ən varlı adamları siyahısında olan Uorren Baffetin sərvəti 68 milyard dollar dəyərində qiymətləndirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."