Yazı İçi 468×60

12544774_10207215866867742_622746164_oRafiq İsmayıl: “İƏT nəinki dünyanın, ümumiyyətlə müsəlman ölkələrinin taleyinin həllində belə həlledici rol oynaya bilmir”

Hazırda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 57 üzvdən ibarətdir. Amma buna baxmayaraq İƏT-in illik büdcəsi çox cüzi rəqəmlərlə ölçülür, cəmi 28 milyon dollardır. Halbuki, 28 üzvü olan Avropa Birliyinin illik büdcəsi 150 milyard avrodur. Hazırda dünyada geniş neft yataqlarına malik bir sıra ərəb ölkələri daha zəngindirlər. Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ kimi ölkələrin əlində milyardlarla ölçülən daha çox kapital cəmləşib. Amma buna baxmayaraq İƏT-nin üzvlərinin sayının çox olması fonunda belə, bu islam təşkilatının illik büdcəsi AB-nin büdcəsinin yanında olduqca cüzidir?

Görəsən, niyə belə vəziyyət yaranıb? Nədir İƏT-yə öz büdcəsini heç olmasa AB-nin büdcəsinə çatdırmağa maneə olan amillər?

Yenicag.az-a açıqlamasında politoloji məsələlər üzrə mütəxəssis Rafiq İsmayıl bunun səbəbini AB-nin nüfuz və təsir etmə gücü baxımından İƏT-dən qat-qat güclü olmasında görür: “AB ilə İƏT, həm yaranma tarixi, həm də funksiyaları baxımından biri digərindən kifayət qədər fərqlənən təşkilatlardır. Avropa Birliyinə dünyanın iqtisadi cəhətdən ən güclü dövlətləri daxildir. Dünyanın istər siyasi, istər iqtisadi, istərsə də sosial baxımdan taleyini həll edən dövlətlər məhz AB-də cəmləşib. AB tez-tez toplantılar keçirir, burada beynəlxalq məsələlərin həll olunur, onlar müəyyən layihələrin irəli sürülməsi, bəzi ölkələrə yardım və köməklik göstərilməsi ilə də məşğul olurlar. İƏT isə adından da göründüyü kimi İslam ölkələrini müəyyən əməkdaşlıq müstəvisində birləşdirən bir təşkilatdır. Bu qurum nəinki dünyanın, ümumiyyətlə müsəlman ölkələrinin taleyinin həllində belə həlledici rol oynaya bilmir. Avropa Birliyi isə həm də İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin taleyini həll etmək sahəsində fəaliyyət göstərir. Faktiki olaraq, BMT-dən sonra AB nüfuz baxımından dünyanın ikinci nüfuzlu təşkilatıdır. Belə demək mümkündürsə, hər kəsə əməyinə görə haqq verilir”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."