Ads by Google

hightechnic
Ads by Google

Dağıstanlı milyarder və senator Süleyman Kərimovun oğlu, Moskvada təhsil alan 21 yaşlı Səid Kərimov Maxaçqala aeroportunun əsas sahibi olub.

Yenicag.Az-ın verdiyi xəbərə görə, bu ilin yanvar ayında “Grandeko” şirkətinin səhmlərinin 99.5 faizi Səid Kərimovun adına keçirilib. Hansı ki, Maxaçqala aeroportu məhz bu şirkətə məxsusdur. Bu isə o deməkdir ki, aeroportun faktiki sahibi 21 yaşlı tələbə olub. “Grandeko”şirkəti əvvəl Səidin atasının olub.

Xatırladaq ki, bir müddət əvvəl “Комсомольская правда на Северном Кавказе” qəzeti Süleyman Kərimov və oğlunun Rusiyanın qızıl ehtiyatlarının 28 faizini ələ keçirməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, Maxaçqala aeroportu Dağıstanın federal əhəmiyyətli hava qapısı hesab olunur və 2016-cı ildə hava limanından 869 min 200 sərnişin istifadə edib.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."