!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Milyarderlər İttifaqı”nın “KQB-şnik” üzvünün “mandat” sevgisi və GİZLİNLƏRİ… 

!Reklam – Yazi

11166_srcDeputat Hacı Salayev 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən parlamentə millət vəkili seçilib. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.

Seçiciləri isə 5 il müddətində deputatın nə üzünü görüb, nə də sorağını eşidib. Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.

MM üzvü Konstitusiyanın tələblərini pozaraq özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Millət vəkili “Lake Palace Hotel”i tikdirib. Onun oğlu Turqut Salayev 10-TT-010, 90-DD-010 nömrəli bahalı maşınları ilə şəhərdə meydan sulayır. Millət vəkilinin biznesinə daxil olan müəssisələrdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var.

“Trust”un əməkdaşlarının mühafizə etdiyi böyük şirkətlər arasında “Pepsi-coca cola” şirkəti də var. Onu da qeyd etmək lazımdır ki, deputat tanınmış iş adamı, milyarder Telman İsmayılovla qohum olub.

Belə ki, Hacı Salayevin oğlu Kənan Salayev milyarderin qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub. Telman İsmayılovla qohum olandan sonra Hacı Salayevin maliyyə imkanları daha da genişlənib və bitərəf deputat obyektlərinin sayını artırmağa başlayıb. Onun Türkiyədə də biznes qurması yayılan xəbərlər arasındadır. Qeyd edək ki, Telman İsmayılov Azərbaycan iqtidarına qarşı yaradılan və fiaskoya uğrayan Milyarderlər İttifaqının üzvü idi.

Hacı Salayev 5 il müddətində parlamentdə də görünməyib. Bunu Azərbaycan mətbuatının parlamentdə çalışan nümayəndələri bildirib.

Belə ki, Modern.az saytının jurnalistlər arasında apardığı soğru belə nəticəyə gəlməyə imkan verib.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Hacı Salayevin adını eşitdiyini, üzünü görmədiyini bildirib. “Sözün düzü onu üzdən tanımıram. Parlamentdə isə deyəsən bircə dəfə adını tabloda görmüşəm, hansısa məsələ ilə bağlı çıxış yazılmışdı. O da vaxt çatmadığından danışmadı”. APA-nın əməkdaşı Mübariz Aslanov deputatin adını ancaq siyahıdan və Milli Məclisin saytından görüb: “Amma belə, hansısa təklifinin və ya çıxışının şahidi olmamışam”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli deputat kimi Hacı Salayevin aktivliyini müşahidə etməyib. “O, eyni saylı seçki dairəsindən əvvəl seçilən deputatdan daha zəifdir. Sumqayıtın bir çox problemləri, ekoloji məsələləri olmasına baxmayaraq,  bu problemlərin qaldırılmasında fəallıq nümayiş etdirmir”.

Jurnalist Xaqani Səfəroğlu  bildirib ki, Hacı Salayev Sumqayıtın dörd deputatından biridir. Mətbuatla münüasibəti ardıcıl deyil. Parlamentin iclaslarında çıxışını eşitməmişik. Baxmayaraq parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvidir, indiki həssas region problemlərində arzu edərdik ki, Hacı müəllimin mövqeyini və münasibətini eşidək”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Siz deputatın adını məndən soruşanda Milli Məclisin saytına daxil oldum və Sumqayıtdan Milli Məclisə belə bir şəxsin deputat seçildiyini gördüm. Hətta o, Təhlükəsizlik və müdafiə komitəsinin üzvüymüş”.

Sumqayıtdan olan seçici Vəfa Abasova da Yenicag.az-a açıqlamasında H. Salayev adlı millət vəkilini tanımadığını bildirdi: “Özüm siyasi proseslərdə aktiv olsam da, dairəmizdən Hacı Salayev adlı deputatın olduğunu birinci dəfə sizdən eşidirəm. O şəxs aktiv deputat olsaydı, bir fəal seçici kimi tanıyardım. Deməli parlamentə təyin olunsa da, seçiciləri ilə hər hansı bir əlaqə yaratmayıb, ona görə d onu tanımırıq. Bu amilin özü də ölkəmizdə normal seçki mühitinin olmadığını bir daha göstərir. Seçkilər normal keçirilsəydi, seçilən şəxslər də seçiciləri ilə tez-tez görüşər, onların problemlərini dinləyib, həlli istiqamətində addımlar atardı. Deməli, Dediyiniz Hacı Salayev də həmin təyin olunan deputatlardan olduğundan, seçiciləri ilə görüşməyi özünə rəva görmür. Bir sözlə, arzu edirəm ki, xalqımızın canı belə təyin olunan deputatlardan qurtarsın”.

ELÇİN

www.yenicag.az

1744
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv