!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milyonluq villaların anonim sahibləri

!Reklam – Yazi

Bu gün Bakıda dəyəri milyonlarla ölçülən villaların olması hamıya məlumdur . Bu evlərin bəzilərində yaşayış yoxdur, bəziləri də yüksək məbləğə kirayəyə verilir. Bəs görəsən bu cür dəbdəbəli saraylar kimlərə məxsusdur? Onu da deyək ki, təkcə Bakının mərkəzində deyil, şəhərətrafında da tikilən imarətlərin qiymətləri əl yandırır. Maklerlərin dilə ilə desək, Bakıda villa almaq hər oğulun işi deyil.

Yeniçağ.az olaraq biz də paytaxtda həqiqətən də qiyməti milyonlarla ölçülən evlərlə bağlı araşdırmalara başladıq. Məlum oldu ki, bu cür elit tikililərin kimə məxsus olduğu anonim saxlanılır və alqı-satqını yalnız “maklerlər” edir. Yalnız real alıcı olarsansa, həmin evə pulunu sayıb alan anda, evin sahibi ilə tanış ola bilərsən.

Biz də əvvəlcə ev alqı-satqısı ilə məşğul olan Elçin adlı şəxslə əlaqə saxladıq. Məmməd Araz küçəsindəki məşhur “Milyonçular məhəlləsi”ndə yerləşən 5 milyonluq villanın kimə məxsus olduğunu və son qiyməti haqda məlumat almaq istədik.

Elçin adlı satıcı villanın sahibinin anonim olduğunu söylədi:

– “Villanın internetə tam qoyulması üçün hələ şəkillərin çoxu çəkilməyib. Sahibi mən deyiləm. Mənə satış üçün verilib. Əgər real alıcı olarsınızsa, evə baxıb, behləşəndə sahibi ilə görüşdürə bilərəm. Ancaq sahibinin nə əlaqə nömrəsini, nə də adını deyə bilmərəm.

Gözləyin, sizinlə əlaqə saxlayıb məlumat verərik”.

 

Ramin adlı makler Badamdar qəsəbəsində yerləşən 10 milyonluq villanın sahibi olduğunu və özünün satdığını bildirdi:

– “Ev 1200 kv/m-dir, 30 sotun içindədir. 4 mərtəbəli villadır. Real müştəri olarsa evi göstərə bilərəm, çox məlumat vermək istəmirəm. Hazırda evdə yaşayış da var”.

 

Qiymət – 3 milyon manat

Şahin adlı makler Badamdarda 3 milyonluq və 1 milyon 900 minlik villaların ona satış üçün verildiyini dedi:

– “Mən özüm Badamdar qəsəbəsinin bələdiyyəsində işləyirəm, həm də ev alqı-satqısı üçün şirkətim var. Badamdarda villa satan şəxslərin hamısı birinci mənə müraciət edirlər. Villalar haqda sizə qısa məlumat verim ki, 3 milyonluq villa 8 otaqdan ibarətdir, tikintisində xüsusi mərmərdən istifadə olunub, həddindən artıq bahalı təmirdir. Hamısı xarici dizaynlarla işlənilib.

Qiymət – 1 mln 900 min manat

Bizim anonimlik müqaviləmiz var. Ancaq real alıcı olarsınızsa, sahibi qadındır, sizi görüşdürərəm. Villanı sizə çöl tərəfdən göstərə bilərəm. Hazırda orada bir bağban, bir də xadimə işləyir. Evin sahibləri xarici ölkəyə tez-tez gedib-gəldikləri üçün evdə o qədər də yaşayış yoxdur. O biri villanın sahibi kişidir. Həmçinin onunla da görüşdürə bilərəm. Ancaq telefonda sizə heç bir məlumat verə bilmərəm”.

Məsələni tam şərh etmək üçün iqtisadçı-ekspert Qalib Toğrulla da əlaqə saxladıq.

Ekspertin sözlərinə görə, təbii ki, bahalı villaların əksəriyyəti yüksək vəzifəli məmurlara məxsusdur:

– “Həmin məmurlar da zəngin və çox rahat həyat tərzinə vərdiş etmiş insanlardır. Hal-hazırda bu cür bahalı villaların satışa çıxarılması birincisi ona dəlalət edir ki, artıq onlar əvvəlki gəlirlərindən məhrum olublar. Ona görə də əmlaklarının bir hissəsini pula çevirmək istəyirlər. Ölkədə olan ümumi vəziyyətin pisləşməsi təkcə əhalinin leqal gəlirlərinə yox, həm də qeyri-leqal gəlirlərinə də təsir edib. Söhbət korrupsiya elementlərindən gedir. Təbii ki, gəlirlərin azalması ölkə iqtisadiyyatının həcminin daralması, həm də xüsusən investisiya layihələrində olan korrupsiya elementlərini də aşağı salıb. O cür adamlar da əvvəlki həyat tərzindən imtina etmək istəmirlər deyə bahalı əşyalarını, daşınmaz və daşınan əmlaklarını satışa çıxarırlar. Hesab edirəm ki, bunun ən böyük və birinci səbəbi budur”.

Burada başqa subyektiv səbəblər də var:

Qalib Toğrul ile ilgili görsel sonucu– “Ola bilər ki, vəsaitlərini ölkədən çıxartmaq məqsədi ilə də bu addım atılsın. Başqa ölkədə invenstisiya və biznesə pul qoya bilərlər. Ümumiyyətlə, dünya ölkələrində bu cür evlərin tikintisi başa çatanda, ev sahibi bəyannamə təqdim edir. Nəticədə, bu cür villaların hansı vəsaitlə tikildiyi bəlli olur. Və Azərbaycanda da artıq vəzifəli şəxslərin öz gəlirləri ilə bağlı bəyannamə verməsinə dair, səhv etmirəmsə 2008-ci ildən müəyyən qanun layihələri hazırlanır. Çox təəssüf ki, real işlək mexanizm qurulmayıb, addım atılmayıb. Ancaq Açıq Hökumətin Təşviqi ilə bağlı 2016-2018-ci illəri əhatə edən II Milli Fəaliyyət planında bununla bağlı 8-ci bənddə (korrupsiyanın qarşısının alınması sahəsində) tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi adlandırılır. İkinci alt istiqamət isə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir ki, bunun da icrası 2017-2018-ci illər üçün nəzərdə tutulub. Fəaliyyətin icrasına məsul olan qurumlar isə Nazirlər Kabineti və Ədliyyə Nazirliyidir”.

Paytaxtımızda tikilən bahalı villaların fotolarını təqdim edirik:

 

 

 

www.yenicag.az

1642
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv