www.sinerjipro.net

SinerjiProWide
Reklam

azerverdiyevAzər Verdiyev: “Ölkədə iqtisadiyyatın yenidən qurulması strategiyası uğurla reallaşdırılır”

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilən iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparıldı. Başqa sözlə desək, “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin adı çəkilən şuraya müraciətlərində təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi. Aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdı. Xatırladım ki, bu zaman istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqinin istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalmasına, eyni zamanda, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcəyi bildirilirdi. Tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi də diqqətə çatdırılırdı.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analıtik Təhlil Mərkəzinin sədri Azər Verdiyev deyir ki, Tarif Şurasının qaz və elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul etməsindən az sonra bir sıra müxalifətyönlü media vasitələrində məsələyə subyektiv yanaşmalar öz ifadəsini tapdı: “Onlar unutdular ki, hazırda ölkədə iqtisadiyyatın yenidən qurulması strategiyası uğurla reallaşdırılır. İqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, enerji amilindən asılılığın aradan qaldırılması, müasir sosial və iqtisadi infrastrukturun formalaşdırılması, neft kapitalının insan kapitalına çevrilməsi və s. gerçəkləşdirilən strategiyanın başlıca hədəflərini təşkil edir. Statistikaya diqqət yetirsək, görərik ki, son 13 ildə Azərbaycanda maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb, 3 min məktəb, 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Bu illər ərzində sahibkarlara 1,7 milyard manatdan çox güzəştli kredit verilib. Ölkəyə 200 milyard dollardan çox sərmayə qoyulubdur ki, bunun da 100 milyard dolları xarici sərmayədir. Əhalinin təbii yanacaq, elektrik enerjisi, içməli su problemi həll edilib. Respublikada yeni, ən müasir standartlara cavab verən sosial və iqtisadi infrastruktur yaradılıb”.

Azər Verdiyev bildirib ki, Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib: “10 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycan arasında fərqi təkcə biz yox, bütün dünya görür və bir nümunə kimi qeyd edir. Müxalifət bir məqamı da yaddan çıxardı ki, möhtərəm dövlət başçımız öz fəaliyyətində aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirməyi daim prioritet vəzifə hesab edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması bunun bariz ifadəsidir”.

Azər Verdiyev onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zaman əhalini narahat edən problemləri diqqət mərkəzində saxlayıb, ən xırda problemin həlli edilməsinə belə öz reaksiyasını ifadə edib. Bununla dövlət başçısı hər zaman xalqın, sadə vətəndaşların yanında olduğunu sübuta yetirib.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."