121952_res_01“Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax” kimi mineral suların qiyməti qalxacaq.

Bunu iqtisadçı-ekspert Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması ilə bağlı olub. Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Məcəllədə vergi dərəcəsi ən çox qaldırılan isə faydalı qazıntı mineral sulardır: “Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, yəni vergi dərəcəsində təxminən 70 faiz artım baş verib. Çox güman ki, dəyişikliklərin qüvvəyə minməsindən, yəni 2016-cı il yanvarın 1-dən sonra ölkəmizdə istehsal olunan mineral suların, o cümlədən “Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor”, “Qax” sularının pərakəndə satış qiymətləri də qalxacaq”.(milli)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."