Yazı İçi 468×60

icbari-tibbi-sigorta-ne-vaxt-tetbiq-olunacaqXəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 28-də “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”ni təsdiqləyib.

Yeniçağ.az-ın məlumatına görə, sənəddən aydın olur ki, pilot layihə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisinə şamil olunur, 2017-ci il 1 yanvar tarixində başlayır və 2018-ci il 1 fevral tarixində başa çatır.

Pilot layihənin baza (əsas xidmətlər) zərfi (baza zərfi) pilot layihə çərçivəsində sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin siyahısıdır. Sığorta olunan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış Azərbaycan vətəndaşları, yaşayış yeri üzrə Mingəçevir şəhəri və ya Yevlax rayonunda qeydiyyata alınmış müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir. İcbari tibbi sığorta ödənişi sığorta olunanlara tibbi xidmətlərin göstərilməsi müqabilində baza zərfində qeyd olunmuş tariflərə uyğun olaraq tibb təchizatçısına ödənilən maliyyə kompensasiyasıdır. Adambaşı sığorta ödənişi metodu ilkin səhiyyə xidməti göstərən tibb təchizatçısına təhkim olunmuş şəxslərin sayına görə və baza zərfinə daxil olan tibbi xidmətlər üçün müəyyən edilmiş tarifə əsasən həmin tibb təchizatçısına maliyyə vəsaitinin ödənilməsi (təhkim olunmuş şəxslərə tibbi xidmətin göstərilib göstərilməməsindən asılı olmayaraq) deməkdir.

İlkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığorta olunanlara xidmət göstərir. Sığorta olunanlar ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısını ildə 2 dəfədən çox olmamaq şərtilə Agentliyə müraciət etməklə həmin ərazidə fəaliyyət göstərən digər tibb təchizatçısı ilə əvəz edə bilər. TTTY stasionar qaydada tibb təchizatçısının yerləşdiyi inzibati binada və ya çağırış üzrə fəaliyyət göstərir. Sığorta olunanların baza zərfi çərçivəsində ambulator tibbi xidmətlərdən istifadəsinə yalnız ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanların baza zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə ambulator tibbi xidmət, ilkin səhiyyə, TTTY sahəsində fəaliyyət göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir. Sığorta olunanlar ambulator və stasionar tibbi xidmətlərdən göndərişsiz istifadə etmək istədikdə, pilot layihə ilə nəzərdə tutulmuş azadolma məbləğini ödəməlidirlər. Baza zərfinə daxil olan stasionar tibbi xidmətlər Agentlik tərəfindən müəyyən edilmiş növbəlilik qaydasında göstərilir.
Baza zərfi TTTY və ilkin səhiyyə, ixtisaslaşmış ambulator-poliklinik və stasionar tibbi xidmətləri, eləcə də dərman vasitələri ilə təminatı əhatə edir. Pilot layihə çərçivəsində baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən olunur və Agentliyin rəsmi internet saytında yerləşdirilir. Azadolma məbləği nəzərə alınmaqla, pilot layihə çərçivəsində sığorta olunanlar baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər. Sığorta olunanlar baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərdən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq öz vəsaitləri hesabına istifadə edə bilərlər.

Tibb təchizatçılarının vəzifələri sırasına azadolma nəzərə alınmaqla, sığorta olunanlara baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlər göstərmək, tibb işçisinin təqsiri üzündən şəxslərin sağlamlığına dəymiş zərərin əvəzini ödəmək, ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, tibb təchizatçısı tərəfindən sığorta olunanları bu xidməti göstərən və Agentliklə müqavilə bağlamış digər tibb təchizatçısına göndərməkdir. Sığorta ödənişi ilkin səhiyyə xidməti, TTTY, ambulator və stasionar tibbi xidmət üzrə sığorta ödənişinin məbləği və ödənilmə şərtləri pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarından (adambaşı sığorta ödənişi metodu və xidmətə görə sığorta ödənişi metodu ) istifadə etməklə Agentlik və tibb təchizatçısı arasında bağlanan müqavilə ilə müəyyən edilir. Pilot layihədə nəzərdə tutulmuş sığorta ödənişi metodlarının tətbiqi qaydası Agentlik tərəfindən müəyyən edilir. Agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə qurumlarının xərclər smetasında nəzərdə tutulmuş məbləğ ilə Agentlik tərəfindən həmin qurumlara verilmiş sığorta ödənişlərinin məbləği arasında fərq yarandığı halda, həmin fərqin aylıq əsaslarla maliyyələşməsi Agentlik tərəfindən təsdiq edilmiş pilot layihə büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. Agentlik sığorta ödənişinin verilməsindən sığorta tələbi baza zərfinə daxil olmayan tibbi xidmət ilə bağlı olduqda, sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda, sığorta hadisəsinin baş vermədiyi aşkar edildikdə imtina edir.

Xidmətə görə sığorta ödənişi metodu göstərilmiş hər bir tibbi xidmətə görə baza zərfinə daxil olan tibbi xidmətlər üçün müəyyən edilmiş tariflərə uyğun olaraq tibb təchizatçısına maliyyə vəsaitinin ödənilməsidir. Tibb təchizatçısı Mingəçevir şəhəri və ya Yevlax rayonu ərazisində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə qurumları, müəyyən olunmuş tariflər çərçivəsində Agentliklə xidmətlərin göstərilməsinə dair müqavilə bağlamış özəl tibb fəaliyyəti və ya özəl tibbi praktika ilə məşğul olan hüquqi və ya fiziki şəxslər və aptek təşkilatlarıdır. Azadolma məbləği sığorta tələbi irəli sürüldükdə, baza zərfinə daxil olan tibbi xidmətlərdən istifadə edilməsinin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığorta olunanın üzərində qalan hissəsidir.

İlkin səhiyyə xidmətinin göndərişi olmadan ambulator tibbi xidmət üçün birbaşa müraciət edilən hallarda sığorta olunan hər müraciət üçün 3 manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan kompüter tomoqrafiyası (tam, kontrastlı, kontrastsız və kompüter tomoqrafiyası altında keçiriləcək diaqnostik və müalicəvi müdaxilələr daxil olmaqla) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 10 manat həcmində azadolma məbləği ödəməlidir. Sığorta olunan maqnit rezonans tomoqrafiyası (tam, kontrastlı, kontrastsız) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 20 manat həcmində azadolma məbləği ödəməlidir. Baza zərfinə daxil olan tibb vasitələri istisna olmaqla, digər tibb vasitələrinin qiyməti sığorta olunan tərəfindən ödənilir. Azadolma məbləği sığorta olunan tərəfindən birbaşa tibb təchizatçısına ödənilir. Pilot layihə çərçivəsində baza zərfinə daxil olan tibbi xidmətlərin tarifləri Azərbaycan prezidenti tərəfindən müəyyən olunur. Pilot layihə ilə əhatə olunmayan şəxslərə tibbi xidmətlər göstərildikdə, baza zərfinə daxil olan və baza zərfinə daxil olmayan tibbi xidmətlər Azərbaycan prezidenti tərəfindən müəyyən olunmuş tariflərə uyğun olaraq öz vəsaitləri hesabına göstərilir.

Göstərilmiş tibbi xidmətlərin müqabilində tibb işçilərinin mövcud əmək haqlarına əlavələr Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla Agentlik tərəfindən müəyyən edilmiş qaydada verilir. Pilot layihənin məqsədləri üçün subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi həyata keçirmiş Agentliyin istifadə etmək hüququdur. Agentlik subroqasiya hüququndan məhkəmə qaydasında istifadə etmək hüququna malikdir. Sığorta ödənişi almış şəxsin eyni risklərdən sığortalanmasını nəzərdə tutan digər sığorta müqaviləsi mövcud olduqda, icbari tibbi sığorta üzrə sığorta ödənişini həyata keçirmiş Agentlik həmin müqavilənin tərəfi olan sığortaçıya qarşı sığorta ödənişi miqdarında subroqasiya hüququndan istifadə etmək hüququna malikdir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 404
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."