!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mingəçevirdə 2 yaşlı qızını başqa qadına verərək qaçan ana tapılıb – Yenilənib

!Reklam – Yazi

9c32ea73111f9236b6a4fbf3a59c670d

Mingəçevir şəhərində körpə qız övladını parkda müvəqqəti saxlamaq üçün tanımadığı şəxsə verərək qaçan qadının kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhərinin Nizami küçəsi 5, mənzil 37 ünvanında müvəqqəti məskunlaşan, 1975-ci il təvəllüdlü Bağırova Xuraman Abbas qızı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına gedərək uşağını oradan götürüb.

Xuraman Bağırovanın yaşamağa evi olmadığı üçün uşağını saxlaya bilmədiyi bildirilir.

Sanatoriyadan APA-ya verilən məlumata görə, Xuraman Bağırova onlara müraciət edərək 20 gün öncə Bakıya müalicə olunmağa gedərkən bir qadına verdiyi uşağını istəyib. O, uşağının adını Yağmur Bağırova olduğunu bildirib. Sənədlə dəqiqləşdirilmə aparıldıqdan sonra uşaq anasına verilib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Mingəçevir şəhərində gənc qadın körpə qız övladını parkda müvəqqəti saxlamaq bəhanəsi ilə tanımadığı başqa bir qadına verərək qaçıb.

Həmin qadın iki yaşlı qızı bir-iki saat ərzində saxlayıb və anasının qayıtmadığını görüb, uşağı Mingəçevir şəhər Polis Şöbəsinə təhvil verib. Polis əməkdaşları isə Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə birgə uşağı Mingəçevir Uşaq Nevroloji Sanatoriyasına yerləşdiriblər.

Sanatoriyanın baş həkimi Fəxrəntac Hüseynova APA-ya bildirib ki, təxminən 2 yaşı olan bu uşağın sənədi olmadığına görə onun adı, soyadı, valideynlərinin kimliyi və yaşı da məlum deyil: ”Biz ona Mələk adı ilə sənəd açdıq. Bu uşağı gətirən qadının adı Binnətova Gülbahar Novruz qızıdır. Uşağı müayinə etdik, yəni onun səhhətində heç bir xəstəlik müşahidə olunmadı, sağ-salamatdır. Uşağı Polis Şöbəsinə təhvil verən Gülbahar Binnətovanın dediyinə görə, o uşağın anası ilə parkda görüşüb. Uşağın anası olan tanımadığı gənc qadın Gülbahar Binnətovaya bildirib ki, o Mingəçevirdə kirayə evdə yaşayır və indi başqa mənzilə köçür, amma uşaq evi yığışdırmağa imkan vermir. Ana Gülbahardan uşağına bir-iki saat ərzində baxmağı xahiş edib və işini qurtarandan sonra gəlib onu götürəcəyini deyib. Amma xeyli vaxt keçməsinə baxmayaraq uşağın valideyndən bir xəbər yoxdur. Artıq 20 gündür ki, uşaq anasının yolunu gözləyir, hər gün “ana”, “nənə” deyərək ağlayır”.

Hazırda Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən azyaşlının valideyninin tapılması üçün araşdırma aparılır.(APA)

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv