Mingəçevirdə dəhşətli qətl: iki uşaq atası güllələndi-Video

Mingəçevirdə dəhşətli qətl: iki uşaq atası güllələndi-Video

Müəllif: Redaktor

Editor

e53a5967cd7dec6c9bdcf2eecf1e3cb5Mingəçevir şəhərində güllələnmə hadisəsi baş verib. Hadisə şəhərin məcburi köçkünlər üçün yeni salınan qəsəbəsində qeydə alınıb.

Ağdam rayonundan olan və hazırda Mingəçevirdə müvəqqəti məskunlaşan məcburi köçkün, 31 yaşlı Əhmədov Şakir Rövşən oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmyerlisi, 34 yaşlı Rəhimov Bəxtiyar Elmdar oğlunu güllələyib.

Şakir Əhmədovun pnevmatik tapançadan açdığı atəş nəticəsində döş qəfəsindən və ürək nahiyəsindən güllə yarası alan Bəxtiyar Rəhimov hadisə yerində dünyasını dəyişib. İki uşaq atası olan Bəxtiyar Rəhimovun qətlə yetirilməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Hadisəni törədən Şakir Əhmədov qaçaraq gizlənib. Onun tutularaq istintaqa təhvil verilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır(APA TV).

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti