Mingəçevirdə növbəti kütləvi aksiya – VİDEO

Mingəçevirdə növbəti kütləvi aksiya – VİDEO

Müəllif: Baş Redaktor

Baş Redaktor

CE9C3735-CC11-4596-B3AB-B4B71FC74FFA_w640_r1_sMingəçevirdə məcburi köçkünlərlə səhiyyə işçiləri arasında qarşıdurma yaranıb.

Bu dəqiqələrdə Şəkərli Diabet Dispanserində məskunlaşmış məcburi köçkünlər qapını arxadan bağlayaraq həkimləri içəri buraxmırlar. Məlumat üçün qeyd edək ki, sözügedən səhiyyə ocağının bir hissəsində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıblar.

Yenicag.az xəbər verir ki, Ölkə.Az məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirib ki, belə hadisələr şəhərdə tez-tez baş verir:

“Məcburi köçkünlər ev bölgüsündən narazıdırlar. Ona görə tez-tez yolu kəsirlər, həkimləri xəstəxanaya buraxmırlar”.

Məsələni diqqətdə saxlayacağıq.

 

 

Gündəm, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti