Ads by Google

hightechnic
Ads by Google

unnamed (4)

Belarusun paytaxtı Minsk şəhərində Azərbaycan mədəniyyəti festivalı – Nar bayramı keçirilib. Tədbirdə Minsk şəhər İcra Komitəsinin təmsilçisi Vitalin Rudikov, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri və Əməkdar idman ustası Natiq Bağırov, Azərbaycanın Belarusdakı Səfirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi, burada yaşayan azərbaycanlılar və yerli sakinlər iştirak edib.

Festivalın açılışında çıxış edənlər Azərbaycanın qədim tarixə malik adətlərindəm, milli-mənəvi dəyərlərindən, mədəniyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqı bu dəyərləri qoruyaraq nəsildən-nəsilə ötürüb. Tədbirdə həmçinin, belə festivalların xalqlarımız arasında münasibətlərin daha da yaxınlaşması baxımından əhəmiyyəti vurğulanıb.

Rəsmi açılışdan və çıxışlardan sonra bayram tədbiri Azərbaycanın milli musiqiləri və rəqslərindən ibarət geniş konsert proqramı ilə davam edib. Festival çərçivəsində milli idman növlərindən bəzi nümunələr, Azərbaycan mətbəxinin ləziz təamları, onların hazırlanma qaydası iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, Nar bayramında xüsusi foto və ticarət zonaları da iştirakçıların ixtiyarına verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."