!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Minsk qrupunun fəaliyyətindən heç nə gözləmək olmaz” – Politoloq

!Reklam – Yazi

zerdustYenicag.Az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə maraqlı məqamlara toxunub:

“Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin görüşünü mənasız hesab edirəm. Çünki hakimiyyət xalqın başının altına yastıq qoymaqla məşğuldur. Diplomatlar isə bunun adi səhv olduğunu dünyaya göstərirlər. Lakin ortada qərar qəbul ediləsi, səlahiyyəti yaradan eyham yoxdur. Münaqişə olduğu kimi də davam edir. Münaqişədən qazanan hakimiyyətlər hakimiyyətdədir. Xalqlar isə hələ də aldadılır”.

Politoloqun fikrincə, Minsk qrupu görüntü yaradır ki, guya onlar münaqişəni həll etmək istəyir:

“Əslində, onların fəaliyyəti görüntüdən başqa bir şey deyil. Onlara lazımdır ki, Azərbaycan tərəfi desin ki, biz nəsə etmək istəyirik, ancaq Minsk qrupu etmək istəmir. Onlar bizə problemi həll etmək imkanı vermirlər. Minsk qrupu da deyir ki, biz nəsə etmək istəyirik, amma top tərəflərin meydançasındadır. Onlar danışsınlar, biz də dəstəkləyək. Nəticə etibarı ilə hamı bir-birinin üstünə atır”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq keçirib.

Məlumata görə, ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 3+2 formatında – Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin mümkünlüyü müzakirə olunur.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv