!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Minsk qrupunun tərkibi dəyişdirilsin, dəyişdirilməsin? – Şərh

!Reklam – Yazi

atetElxan Şahinoğlu: “Minsk qrupunu nə qədər bəyənməsək də, onlarla işləmək məcburiyyətindəyik”

Son zamanlar cəmiyyətdə yenidən ATƏT-in Minsk qrupundan imtina məsələsi yenidən aktuallaşıb. Xüsusən də Minsk qrupu həmsədrlərinin AŞPA-da Qarabağla bağlı məsələlərin müzakirə edilməsinə etiraz etməsi, ona olan etimadı daha da azaltdı. Bu fonda bir çox ekspertlər Minsk qrupundan imtina edilməsi və yeni bir formatın yaradılmalı olduğu barədə fikirlər səsləndirirlər. Belə ki, son zamanlar bəzi ekspertlər mətbuata açıqlamasında İran, Rusiya, Almaniyanın, yaxud da Xəzəryanı ölkələr olan İran, Rusiya, Kazaxıstan və Türkiyənin iştirakı ilə bir formatın yaradılmasını təklif edib. Maraqlıdır ki, politoloqun sadaladığı bu iki formatda Vaşinqtonun adına isə rast gəlinmir.

Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirdi ki, Minsk qrupunu bəyənməsək də, bütün hallarda onunla işləmək məcburiyyətindəyik: “Minsk qrupundan imtina olunması məqbul sayılsa da, əvəzində bəzi politoloqların açıqladığı yeni yaranacaq formatda Tehranla Moskvanın təmsil olunmasının özü də Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Rusiya və İran Ermənistanla sıx əlaqələrə malikdir, ona dəstək verirlər. İranın Azərbaycana münasibəti də bəllidir. Yəni bu formatın özü belə ATƏT-in Minsk qrupundan da yaxşı deyil. Xəzəryanı ölkələrdən ibarət formatın yaradılmasına gəldikdə, Türkiyənin burada olması tam məqbuldur. Kazaxıstanla da yaxşı münasibətdəyik. Amma Astana Rusiyanın strateji müttəfiqiidr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həm də burada yenə də Rusiya ilə İranın adı hallanır. Ona görə bu formatı da uğurlu saymaq olmaz. Nə qədər ATƏT-in Minsk qrupunu tənqid etsək də, burada təmsil olunan ölkələr dünyanın aparıcı dövlətləridir və onların da Cənubi Qafqazda maraqları vardır. Ayrı-ayrılıqda Parisi, Moskvanı, Vaşinqtonu da tənqid edirik. Lakin o da var ki, bu 3 dövlət dünyada gedən proseslərə təsir gücünə sahibdirlər. Bu dövlətlərin istəyi xaricində formatı dəyişmək və ora başqa dövlətləri cəlb etmək istəsək də, bu çox problematikdir. İstəmişik ki, prosesə başqa dövlətlər də cəlb olunsun. Amma bu 3 dövlət və Ermənistan buna maneə olublar. Yeganə alternativimiz ümumiyyətlə, Minsk qrupu formatından imtinadır. Amma bu da o demək olacaq ki, Azərbaycan masadan qalxıb, artıq müharibəyə hazırlaşır. Bu da yollardan biridir, amma o zaman ki, həqiqətən də hərbi yolla torpaqları azad etməyə hazırıq. Minsk qrupundan imtina etsək, bundan Ermənistan öz təbliğatında istifadə edəcək, ölkəmizə qarşı beynəlxalq kampaniyanı gücləndirməyə çalışacaqlar. Bu səbəbdən, ATƏT-in Minsk qrupunu nə qədər bəyənməsək də, onlarla işləmək məcburiyyətindəyik”.

Son zamanlar formatın dəyişdirilməsi və orada iştirak edəcək ölkələrin adlarının açıqlanması zamanı burada Vaşinqtonun adının hallanmamasına gəldikdə,  həmsöhbətimiz düşünür ki, belə bir format ola bilsin, Moskva və ya Terhran tərəfindən gündəmə atılıb: “Bu da ola bilər. İran neçə illərdir ki, münaqişənin həlli üzrə formatda Amerikanın burada olmaması üçün çalışır. Digər tərəfdən, İran bu münaqişəni həll edən idisə, niyə 1992-ci ildə Tehranda saziş imzalanmasının sabahı günü Şuşa işğal olundu? Ona görə də İran və yaxud Rusiyanın təkbaşına vasitəçilik etməsinə inamımız yoxdur. Burada başqa maraqlı dövlətlər də olmalıdır. Düzdür, həmin maraqlı dövlətlərin olması heç də o demək deyil ki, proses sürətlənəcək. Amma heç olmasa, amerikalı həmsədr Uorlik keçən il Qarabağ ətrafındakı rayonların boşaldılmalı olduğunu dəfələrlə bəyan edib. Hansısa rusiyalı, yaxud da iranlı rəsmilər bu fikri qabardıbmı?

ELÇİN

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv