www.sinerjipro.net

SinerjiProWide
Reklam

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Bakıya gələcəklər. Həmsədrlər bundan bir gün əvvəl, oktyabrın 6-da İrəvanda olacaqlar. Görəsən, onların bu səfərindən nəsə gözləməyə dəyərmi? Yoxsa, bu səfər də elə əvvəlkilərin təkrarı olacaq?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev Yenicag.az-a açıqlamasında bildirdi ki, həmsədrlərin bölgəyə olan bu səfəri yüksək səviyyəli görüşün baş tutmasına nail olmağa hesablanıb:

“Həmsədrlərin bu səfəri “maraqlı” bir dövrə təsadüf edir. Bir tərəfdən Minsk qrupu formatının dəyişdirilməsilə bağlı ziddiyyətli informasiyalar gəlir. Bu informasiyalar yerli və xarici mətbuatda şərh olunur. Digər tərəfdən, ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Vigeninin də bölgəyə səfəri mətbuatda haqlı olaraq tənqid edildi. Çünki o, Bakıda bir söz, İrəvanda isə ayrı fikir söylədi. Sonra da Azərbaycan KİV-lərini ittiham etdi ki, belə deməyib.

Bu, oyundur, onu çox görmüşük. O biri tərəfdən də görürük ki, Minsk qrupunun ayrı-ayrı üzvləri tərəfindən yüksək səviyyəli görüşün təşkil olunması ilə bağlı fikirlər səslənir.Erməni mətbuatı da informasiya məkanını öz başlarından çıxan “təhlillər”lə doldurur. Belə bir şəraitdə həmsədrlər bölgəyə gələcək. Söhbət yüksək səviyyəli görüşün təşkilindən gedirsə, ziddiyyətli informasiyalar fonunda ona inam demək olar ki, yoxdur. Amma həmsədrlər də çalışır ki, belə bir görüş baş tutsun. Bir tərəfdən də bu, onların işidir. Digər tərəfdən, ünvanlarına çox saylı tənqidlər səsləndiyindən, göstərmək istəyirlər ki, doğrudan da nəsə edirlər. Azərbaycan ictimai rəyinin onlara münasibəti çox sadədir. Yəni görüş naminə görüşün mənası bizim üçün çoxdan itib. Həmsədrlərin son səfərinin də nəticə verməyəcəyi təqdirdə, müharibə ehtimalının daha da artacağı barədə bir sıra hallarda səslənən fikirlərə gəldikdə, məsələni bu cür konkretləşdirməyi indi məqbul hesab etmirəm”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1292
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."