“Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var”

“Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var”

Müəllif: Redaktor

Baş Redaktor

novruz1“Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var. Bu hadisə müstəmləkəçiliklə birlikdə yaranıb, ondan törəmədir, onun qalığıdır”.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir: “Miqrasiya siyasəti I mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, asan həyata keçirmək üçün, II mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib. Hər iki mərhələdə miqrasiya siyasəti müstəmləkəçi dövlətlərin xüsusi maraqlarına xidmət edib. İndi bu siyasətin III mərhələsi başlayır. Bu mərhələdə miqrasiya artıq həmin dövlətlər üçün təhlükə mənbəyi hesab edilir. Bu mərhələdə artıq miqrantlara qanundan kənarlar adı verilir”.

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti