Miriyev qardaşları pullarını Azərbaycandan çıxarır? – İddia

Müəllif: Redaktor

Editor

corruption“Azərsu” ASC-nin podratçı şirkətlərindən biri olan, ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu, habelə qurumun əsas yağlı tenderlərini udan “Hidro İnşaat Servis” MMC-nin rəhbəri Yavər Miriyevlə bağlı AzMedia.info ilginc məlumat yayıb. Sayt yazır ki, dövlətin su və kanalizasiya layihələrinə ayrıdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsindən mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Mireyevlər əllərindəki vəsaitləri xaricə çıxartmağa başlayıblar.

Xəbərdə deyilir ki, parlament seçkilərindən öncə Yavər Miriyev qardaşı ilə Türkiyəyə səfər edib. Həmin səfər ərəfəsində Yavər Miriyev İstanbul şəhərində özlərinə villa alamq üçün əmlak agentliyinə müraciət edib. Miriyevlər onlara təklif olunan əmlakların içərisində yan-yana üç villanı bəyəniblər. İddiaya görə, Miriyev qardaşları İstanbulda villa almaq üçün ümumi 750 min dollar xərc çəkiblər. Ən bahalı villa isə 350 min dollara Yavər Miriyevin payına düşüb.

Bildirək ki, Miriyevlər qardaşlarının Bakı şəhəri “Vişnyovka”da yerləşən və böyük bir sahəni əhatə edən üç villası var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür. Bundan başqa Yavərə Miriyevə məxsus Albalıq bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. İddiaya görə, Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir