www.sinerjipro.net

SinerjiProWide
Reklam

80795Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd edilib.

Konfrans Gəncə şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.

Konfransda Rusiya, Avstriya, Almaniya, Orta Asiya, Hindistan, Türkiyə, Yaponiya, Mərakeş, Cənubi Afrika, Litva, Polşa, Fransa, Sloveniya və digər ölkələrdən 53 nümayəndə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şəhər İcra Hakimiyyətinin rəhbərliyi, elm xadimləri, görkəmli şəxslər, ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzində Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını ifadə edərək onun abidəsi önünə təravətli gül- çiçək dəstələri qoyublar.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş sərgiyə böyük maraqla baxıblar.

Beynəlxalq elmi-praktik konfransı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş sözü ilə açaraq, konfrans iştirakçılarını salamlayıb.Onları qədim Gəncə şəhərində görməkdən məmnunluq hissi duyduğunu bildirib. Qeyd edib ki, iki gün əvvəl ölkə paytaxtında IV Beynəlxalq Humanitar forum keçirilib. Həmin forumun iştirakçılarından bir qrupu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçı Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi- praktik konfransa gəlib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 50
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."