!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirziyayev 25 illik siyasəti dəyişəcəkmi? – Özbəkistanda yeni dönəm başlayır

!Reklam – Yazi

15310633_833557136787591_959566324_nÖzbəkistanda dünən keçirilən prezident seçkilərinin nəticələri artıq bəlli olub.

Prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, keçmiş baş nazir Şövkət Mirziyayevin seçki qərargahından verilən məlumata görə, o, artıq seçkilərdə qələbə qazanıb.

Özbəkistanın Mərkəzi seçki komissiyası seçiçilərin “rekord aktivliyi” haqda məlumat verib. Bildirilir ki, seçicilərin 90% seçkilərdə iştirak ediblər. Mirziyayevin neçə faiz səs toplaması haqda hələ dəqiq məlumat verilməsə də, əksər ekspertlər nəticələrin bəlli olduğu qənaətindədirlər.

Hökumətə yaxın və müxalif mənbələrin məlumatında 90% seçicinin təxminən 90%-i Mirziyayevi dəstəkləyəcək və o, Özbəkistanın növbəti prezidenti seçiləcək. İslam Kərimovun qəfil ölümündən sonda keçmiş SSRİ-nin ərazicə və əhalicə ən böyük dövlətlərindən olan Özbəkistan Orta Asiyadanın aparıcı dövləti hesab edilir. İstər Əfqanıstan müharibəsi, istər Tacikistandakı daxili müharibə zamanı bölgənin ən iri dövləti kimi siyasi proseslər Özbəkistanda gedirdi. Etnik cəhətdən də özbəklər Orta Asiyanın ən çoxsaylı xalqıdır. Qırğızıstanda əhalinin 15%, Tacikistanda isə 20%-ə yaxınını təşkil edirlər.

Özbəkistan Orta Asiyada ən böyük iqtisadiyyata malikdir. Özbəkistan ordusu regionun ən güclü və yaxşı silahlanmış ordusudur. Orta Asiyanın siyasi yönümü daha çox Özbəkistanın geosiyasi mövqeyindən asılıdır. 2001-ci ildə başlayan ABŞ-ın Əfqanıstan kampaniyası zamanı proseslər bölgənin ən böyük dövləti Özbəkistanda gedirdi. ABŞ-la əlaqələrini genişləndirən Daşkənd həmin illər yürütdüyü siyasətlə Moskvanı ciddi şəkildə narahat etməyə başladı. ABŞ-la əməkdaşlıq haqqında müqavilənin imzalanmasına hazırlıq getdiyi bir dövrdə, 2005-ci ildə ölkənin Əndican şəhərində kütləvi iğtişaşlar başladı. Yüzlərlə insan öldürüldü, çoxlu sayda insan həbs edildi.

Əndican hasisələrindən sonra ABŞ-Özbəkistan əməkdaşlığı təxirə düşdü. BMT Daşkənddən hadisələrə siyasi qiymət vermək tələb etdi və bu məsələ təşkilatın gündəliyinə salınaraq səsverməyə qoyuldu. Özbəkistan hökumətini qınayan qətnamənin lehinə 74 ölkə, əleyhinə 39 ölkə səs verdi. 58 ölkə isə bitərəf qaldı.

Orta Asiyada nüfuz dairəsini genişləndirən Rusiya isə Qərbin İslam Kərimova qarşı etdiyi təzyiqdən onu müdafiə edərək öz maraqlarına uyğun olaraq istifadə etdi. Beləliklə Yeltsin hakimiyyəti dövründə Moskvadan uzaqlaşmış Daşkənd yenidən Rusiyanın nüfuz dairəsinə qatıldı. Hazırda Rusiya iqtisadiyyatında böyük pay sahibləri olan özbək milyarderləri Moskva ilə Daşkənd arasında bir körpü rolunu oynayırlar. Bunlardan “Qazprominvestholdinq” şirkətinin prezidenti və “Forbes”in reytinqində ən varlı Rusiya vətəndaşı olaqn Əlişir Usmanovu, Rusiya əlvan metal sənayesinin 60%-nə sahib olan İskəndər Mahmudov kimi oliqarxları göstərmək olar.

İslam Kərimovun vəfatından sonra isə səlahiyyətlərin baş nazir Şövkət Mirziyayevə ötürülməsi Özbəkistanın gələcəkdə də Moskvanın geosiyasi maraq dairəsində olacağını bir daha ortaya qoydu. Ona görə ki, Mirziyayev Əlişir Usmanovun yaxın qohumu və Rusiyanın siyasi dairələri ilə sıx əlaqələri olan bir şəxsdir. Keçirilmiş seçikələrin nəticələri isə artıq bəllidir. Mirziyayevin həyata keçirəcəyi siyasət isə İslam Kərimovun siyasətindən elə də çox fərqlənməyəcək. Bu özbək xalqının və cəmiyyətinin seçimidir, qardaş xalqın seçiminə hörmətlə yanaşmaq isə borcumuzdur. İstənilən halda Özbəkistan Azərbaycanın bütün probləmlərində həmişə yanında olub.

P.S. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü sözdə yox, əməldə də müdafiə edir, işğalçı Ermənistanla heç bir diplomatik və ticarət əlaqələri yoxdur. Ticarət dövriyyəsi sıfıra bərabərdir, Özbəkistan prezidenti İslam Kərimov heç vaxt Ermənistana səfər etməyib. Ümidvarıq ki, Şövkət Mirziyayev də Özbəkistanın 25 illəik qardaşalayiq siyasətini uğurla davam etdirəcək və Bakı ilə Daşkənd bütün məsələlərdə birgə hərəkət edəcəklər.

Yeniçağ.Az

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv