Mirziyayevin ilk səfər edəcəyi ölkə məlum oldu

Müəllif: Redaktor

Editor

15369787_1701570933491420_1811010057_oRusiya Prezidenti Vladimir Putin Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyayevi Moskvaya dəvət edib.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı Kremlin rəsmi saytı yayıb.
Məlumata əsasən, Mirziyayev Moskvanın təklifini məmnuniyyətlə qəbul edib.

Qeyd edək ki, Mirziyayev bu gün Özbəkistanın prezidenti seçilib. Bu vəzifədən öncə o, uzun illər Özbəkistan Respublikasının baş nazir vəzifəsini icra edib. İslam Kərimovun ölümündən sonra isə mərhum prezidentin səlahiyyətlərini yerinə yetirmək hüququnu Senat ona vermişdi

 

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır