!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Misir də DÇ-2018-ə vəsiqə qazandı

!Reklam – Yazi

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək daha bir komandanın adına rəsmən aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, Misir yığması da mundiala vəsiqəni təmin edib. Seçmə mərhələnin 3-cü raundunda Uqanda, Qana və Konqo ilə mübarizədə bütün rəqiblərini qabaqlayan misirlilər 5 oyundan 4-də qələbə qazanmaqla sona bir tur qalmış istəyinə çatıb. Bir oyundan məğlub olan bu komanda son turda Qana ilə səfər matçında məğlubiyyətə rəğmən, ilk pillədəki mövqeyini qoruyacaq.

Qeyd edək ki, Misir DÇ-2018-ə vəsiqə qazanan 15-ci komandadı. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika və Polşa yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

www.yenicag.az

1406
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv