!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Misir prezidenti Azərbaycana gəlir

!Reklam – Yazi

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Misirdə səfiri Tural Rzayev deyib.

Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

Qeyd edək ki, Misir prezidenti Abdel Fattah əs-Sisi ötən ilin martında Bakıda keçirilən IV Qlobal Foruma dəvət olunsa da, sıx iş qrafiki səbəbindən səfəri baş tutmamışdır.

Yenicag.az

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv