www.sinerjipro.net

SinerjiProWide
Reklam

unnamed (26)Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Misir Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün misirli jurnalist və tədqiqatçı Əhməd Əbdoh Tarabekin “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabının təqdimat mərasimi keçirilib.

BAMF-ın Bakı ofisində baş tutan mərasimi giriş sözü ilə açan Fondun sədri Umud Rəhimoğlu kitabın ərəb dilində çap edilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə – Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaidi, kitabın müəllifi Əhməd Tarabek, Azərbaycanın Misirdəki konsulu Emil Rəhimov, tarixçi alim Boran Əziz, yazıçı Yunus Oğuz, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, hərbi vətənpərvərlik mahnıların müəllifi Şəmistan Əlizamanlı, hərbi jurnalist İbrahim İbadoğlu, rusca “Qarabağın səsi” dərgisinin rəhbəri Qədir Nəsirov, “Qarabağ qəzetinin əməkdaşı Əntiqə Rəşid və digərləri çıxış ediblər. Onlar Orta Asiya və Qafqaz məsələləri üzrə bir mütəxəssisin Dağlıq Qarabağın coğrafiyası və tarixinə, bu bölgədə yaranan münaqişəyə, onun həlli yollarına nəzər salmasını 500 milyon əhalisi olan 23 ərəb ölkəsi üçün siyasi və mədəni bir hadisə adlandırıblar.

456 səhifədən ibarət olan kitabın 1-ci fəsili Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın coğrafiyası və tarixi, aid olduğu dili, dini və mədəniyyəti, təbii sərvətləri, iqtisadiyyatı, əsrlər boyu Qarabağın keçdiyi tarixi mərhələləri, o cümlədən ərəb-islam xilafəti dövründə və keçən əsrin 80-ci illərində yaranmasının tarixini əhatə edib.
İkinci fəsildə münaqişənin yaranma səbəbləri, Dağlıq Qarabağda gedən müharibə, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı vətəndaşlara qarşı törədilmiş qətliamlar, Xocalı soyqırımı, qanlı Yanvar hadisələri, Azərbaycan xalqına qarşı yönəlmiş terror aktları və zorakılıq haqda məlumat verilib.

3-cü fəsil isə bu münaqişə ətrafında gedən sülh danışıqları və həlli yolları, Minsk qrupunun fəaliyyətindən, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbilə sülh danışıqlarının bir nəticə verməməsindən danışılıb.
Qeyd edək ki, “Qarabağ Qafqazda sülhün yoludur” kitabı Azərbaycanın Misirdəki səfirliyin dəstəyilə dərc edilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."