!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CIA-nın vəhşi işgəncə üsulları: “Tabut kimi qutuya salıb...”

!Reklam – Yazi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məxfilik müddəti bitmiş sənədləri sözügedən qurumun öz fəaliyyətində “spesifik metodlar”dan gen-bol yararlandığını təsdiqləyib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, CIA-nın 2002-ci ildə özünün Taylanddakı istintaq ofisində “Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinən Səudiyyə Ərəbistanı vətəndaşı Əbu Zübeydə qarşı ağır işgəncə üsulu tətbiq etdiyi üzə çıxıb. Məlumata görə, CIA casuslarının Əbu Zübeydi ABŞ-ın 2001-ci ildə Əfqanıstana hücumundan əvvəl “Əl-Qaidə” liderlərinin ölkədən qaçışına yardım göstərməkdə ittiham edərək, işgəncə verdikləri qeyd olunan hesabatda tükürpədən məqamlara toxunulub:

“Əbu Zübeyd tabuta bənzəyən bağlı bir qutunun içinə salınaraq dindirildi. Müttəhimin salındığı o qutunun içinə su buraxaraq, onu boğulmaq həddinə çatdırıblar”.

Qeyd olunur ki, CIA 2002-ci ildən başlayaraq, dünyanın müxtəlif ölkələrində özünün istintaq bürolarını yaradıb. Lakin ABŞ-ın Ali Məhkəməsinin 2006-cı ildə qəbul etdiyi qərar əsasında, həmin bürolar bağlanıb. ABŞ Senatının Təhlükəsizlik Komitəsi isə 2014-cü ilin dekabrında CIA-nin fəaliyyətində ağır işgəncə üsullarından istifadə etdiyini isbatlayan 500 səhifəlik hesabat yayıb.

 

Yeniçağ.Az

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv