www.sinerjipro.net

SinerjiProWide
Reklam

dd72Telefon nömrələri alınandan sonra 24 saat ərzində onlayn rejimdə aktivləşdiriləcək.

Yenicag.az xəbər verir ki,Nazirlər Kabineti “Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib. Bununla da Azərbaycanda rabitə vasitələrinin satışı və istifadəsi ilə bağlı yeni qayda və şərtlər qüvvəyə minib. Bu qayda və şərtlər təkcə operatorlara deyil, onların diler və distribüterlərinə də aiddir.

Yeni qərara əsasən, bir insan başqasının adına mobil nömrə ala bilməyəcək. Belə ki, müqaviləyə fiziki şəxsin (hüquqi şəxs tərəfindən bağlanıldığı təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini təsdiq edən sənədinin surəti də əlavə olunmalıdır.

Avqustun 22-dən etibarən bu dəyişikliklər tətbiq olunmağa başlayıb. Belə ki, ilkin olaraq ərizəçiyə aid məlumatlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) üzərindən operatorların və MHM-in vahid məlumat bazasına daxil edilir. Bundan sonra 24 saat ərzində telefon nömrə aktivləşdirilir.

Bundan başqa, müqavilədə abunəçinin öz mobil nömrəsini başqa şəxslərə daimi istifadəyə verilməsini, kirayəyə verilməsinəi qadağa qoyulması haqqında müddəa əlavə edilib.

Müqaviləyə edilən daha bir əlavə sim kartların, mobil telefonların oğurlanması haqqındadır. Əgər müştərinin sim kartı, telefonu oğurlanarsa, həmin şəxslər dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yerli qurumlarına bu haqda məlumat verməlidirlər.

sdarqa,a

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."