58754_bartfmq8nbModa dünyası, podiumlar bir çox gənc qızın arzusudur.

Amma uzaqdan görünən parıltının arxasında kifayət qədər xoşagəlməz nüanslar var.

Axşam.az Türkiyə mediasına istinadən dəb dünyasının qaranlıq tərəflərini təqdim edir.

Dəb dünyasının qaranlıq tərəflərini təqdim edirik.

 

19 yaşlı isveçli model Aqnes Hedenqard arıq olsa da, moda agentlikləri onun kök olduğunu deyiblər. Gənc model “budlarımın böyük olduğunu deyirlər. Bəzən hansısa agentlik mənimlə işləmək istəyir, amma ölçülərimi biləndə vaz keçirlər” deyərək üzləşdiyi vəziyyətin təəccüblü olduğunu etiraf edib.

“Victoria’s Secret” modellərindən biri Kayli Bisutti 2013-cü ildə moda dünyasındakı həyatını yazmışdı. Karyerasına vida etdikdən sonra dininə bağlı xristian kimi yaşayan Bisutti kitabında “mənə bütün modellərin bəzən çılpaq poz verməli olduğunu deyəndə hələ 16 yaşım var idi” hissəsini xüsusi vurğulayıb.

Keçən il fotoqraf Terri Riçardsonun gənc modelləri zorlaması ilə bağlı iddialar irəli sürülmüşdü.

Məşhur aktyor Eddi Mörfinin qızı Bria 2009-cu ildə ABŞ-da yayımlanan bir modellik yarışmasına qatılıb. O, daha sonra orada model namizədlərinin arıq qalmaq üçün etdikləri üsulu danışıb. Bria Mörfinin sözlərinə görə, gənc qızlar kökəlmədən doymaq üçün meyvə suyuna batırdıqları pambıq topalarını udurmuşlar. Amma bu üsul ölümcül təhlükələr yaradırmış.

23 yaşlı model Rozali Nelson müsahibəsində maraqlı etiraflar edib:

“İngiltərənin ən məşhur agentliklərindən biri çox arıqlamağımı istədi. Dörd aya 6 kiloqram arıqladım. Amma o da bəs etmədi, daha çox arıqlamağımı istəyirdilər”(axşam)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 170
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."