!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldova və Azərbaycan dostluğunun şərəfinə abidə ucaldılıb

!Reklam – Yazi

unnamedMoldova Respublikasının Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostuluğunu təcəssüm etdirən “Dostluq qapısı” abidəsinin təntənəli açılış mərasimi keçirilib. Abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində, beynəlxalq dərəcəli yolayrıcında ucaldılıb. Azərbaycanlı memar Azər Məmmədov layihədə Azərbaycan və Moldova memarlıq ornamentlərindən istifadə edərək hər iki xalqın memarlıq ənənələrinin sintezinə nail olub.

Tədbirdə iştirak edən Sıncerey şəhərinin meri George Braşovski “Dostluq qapısı” abidəsinin şəhərin memarlığına sanballı tövhə olduğunu bildirərək, Moldova Azərbaycanlıları Konqresinə təşəkkür edib.

Abidənin açılışının əlamətdar hadisə olduğunu deyən Moldova Respublikasının Mədəniyyət naziri Monika Babuk Moldova Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətini yüksək dəyərləndirib. O, eyni zamanda “Dostluq qapısı”nın gələcəkdə turistlərin marağını cəlb edən məkan olacağını əminliklə vurğulayıb.

Abidənin Moldova-Azərbaycan dostluğu şərəfinə Sıncerey şəhərinə hədiyyə edildiyini deyən Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov isə əlavə edib ki, “Dostluq qapısı” iki ölkə arasındakı ənənəvi dostluğun yeni bir simvolu olacaq.

Abidənın açılışında Moldova Respublikası Prezident Aparatının rəhbəri, Ion Paduraru, Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin müvəqqəti işlər müvəkkili İlham Ağayev, Moldovanın tanınmiş şairi və siyasi xadim İon Xadırka, eləcə də digər tanınmiş ictimai-siyasi xadimlər, elm və incəsənət adamları, Azərbaycan Konqresinin üzvləri və Sıncerey şəhərinin sakinləri iştirak edib.

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv