Moskva Qarabağ probleminin dondurulmasında maraqlıdır - Politoloq rəyi

Moskva Qarabağ probleminin dondurulmasında maraqlıdır – Politoloq rəyi

Müəllif: Redaktor

Editor

Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinə toxunarkən həm də onu bəyan edib ki, problemin həlli istiqamətində Minsk qrupunun həmsədr ölkələri arasında fikirayrılığı var.

Görəsən, həmsədr ölkələr arasında problemin həllində maneə olan həmin fikirayrılıqları nədən ibarətdir?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Vaşinqton ilk növbədə işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılmasında maraqlıdır, Moskvanı isə bu variant qane etmir:

Qabil Hüseynli ile ilgili görsel sonucu“Dağlıq Qarabağın həllilə bağlı fikirayrılıqlarının olduğunu amerikalı həmsədrlər də dəfələrlə ifadə ediblər. ABŞ bildirir ki, münaqişənin həlli üçün birinci növbədə erməni qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır. Yəni ərazilərin boşaldılmasını Vaşinqton israrla tələb edir. Rusiya isə bu variantın əleyhinədir. Bu mənada Minsk qrupunda fikirayrılığını yaradan da əsasən rusiyalı həmsədrlər olub. Moskva məsələnin hələ də dondurulmuş şəkildə qalmasında maraqlıdır. Eyni zamanda Kreml beynəlxalq hüquq normalarına cavab versə də, ancaq Ermənistanın ziyanına olan hər hansı bir addımların atılmasına imkan vermir.

Həmsədrlər arasında ziddiyyətlər bundan qaynaqlanırdı. Fransaya gəldikdə… onlar gah o tərəfə, gah da bu tərəfə meyllənsə də, daha çox Rusiyanın yanında olub”.

Politoloq Zərdüşt Əlizadə isə bu fikirdədir ki, ABŞ-la Rusiya arasında münaqişənin həlli istiqamətində aparıcı rolun kimə məxsus olması məsələsində fikirayrılığı mövcuddur:

Zərdüşt Əlizadə ile ilgili görsel sonucu“Minsk qrupunun həmsədr ölkələri ancaq o fikirdədirlər ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmasınlar. Həmçinin münaqişənin həll olunmayaraq qalması və regionda öz nüfuzlarını qoruyub saxlamaq üçün onların əlində bir alət olmasında həmsədr ölkələr vahid mövqedən çıxış edirlər. Amma bir məsələdə aralarında fikirayrılığı var. Rusiya istəyir münaqişənin həllilə bağlı təsir imkanları onun əlində qalsın, ABŞ başda olmaqla Qərb isə çalışır ki, bu qarmağı özü götürsün. Yəni onlar arasında münaqişəni öz nəzarətlərinə götürmək istiqamətində aparıcı dövlətin kim olması, bundan istifadə edib Azərbaycanla Ermənistanı kimin diz çökdürəcəyi məsələsində fikir ziddiyyətləri vardır. Hələlik, bundan istifadə edərək, Azərbaycanla Ermənistan üzərində qarmağı əlində saxlayıb. Amma bu qarmağı da onun əlindən ABŞ-la Fransa almaq istəyir”.

 

ELÇİN

Yenicag.az

Xəbərlər, Siyasət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti